Məsələ №78 28 yaşlı xəstə cinsiyyət üzvünün başının və pülük kisəsinin zədələnməsi şikayəti ilə
daxil olmuşdur. Anamnezdən aydındır ki: o, evli deyildir, nizamsız cinsi əlaqədə olur.
Dermatoloji status: cinsiyyət üzvünün başında və pülük kisəsinin daxili səhfəsi
nahiyəsində nazik ayaqcığın üzərində xırda ziyilvari törəmələr görünür ki, onlar forma-
sına görə gül kələmi (xoruz pipiyini) xatırladır. Solğun-çəhrayı rəngdən intensiv qırmızı
rəngə qədər dəyişir. Törəmələr yumşaqdır, ətraf toxumalarla birləşməmşdir. Yoluxmuş
toxumalardan ayırd edilmiş DNT-nin endonuklear müayinəsi zamanı insanın papiloması
virusu – 6-cı tip, 11 aşkar edilmişdir.
1. Sizin diaqnoz?
2. Əsas müalicə metodlarını sadalayın.
Məsələ №79 47 yaşlı xəstə dəri şöbəsinə infeksionistin məsləhəti əsasında hospitalizasiya olunmuş-
dur. Anamnezdən: dərinin qaşınması, yuxusuzluq iş qabiliyyətinin azalması, əsəbi olma-
sı ilə əlaqədar şikayətlənir. Xəstə dəniz balıqlarının növlərindən hazırlanmış yeməkləri
istifadə etdikdən sonra bu simptomların əmələ gəlməsini qeyd edir. Bir neçə gün ərzində
dəriyə 5%-li yod tinkturası sürtdükdən sonra xəstənin vəziyyəti kəskin ağılaşmış və
səpgilər bütün gövdənin və ətrafların dərisinə yayılmışır.
Dermatoloji status: gövdənin, ətrafların dərisində (budun, saidin) qruplaşmaya
meylli olan, gərgin xırda qovuqlar, qovuqcuqlar, ləkələr və papulalar təyin olunur. Zə-
dələnmə nahiyəsində ödemli fonda eroziyalar aşkar edilir, onların periferiyasında qo-
vuqların yastıcıqlarının qalıqları görünür. Nikolski simptomu mənfidir.
Laborator olaraq: eroziyanın dibindən götürülmüş yaxma-izlərdə 100 leykositə
21% eozinofil düşür. İF-analiz apardıqda dermo-epidermal zonada və qismən dermanın
məməcikli qatında IgA çöküntüləri aşkar edilir.
1. Sizin diaqnoz?
2. Xəstənin müalicə taktikası.
Məsələ №80 19 yaşlı xəstə dəri-zöhrəvi dispanserə müraciət etmişdir. 1 həftə əvvəl aşağı dodağın
qırmızı haşiyəsinin zədələnməsi ilə əlaqədar şikayətlənir. Baxış zamanı: göstərilən na-
hiyədə ağrısız, 1 qəpik ölçüsündə, təzə kəsilmiş ət rəngində, dəqiq kənarları olan xora
görünür. Palpasiya zaamnı xoranın dibində bərk infiltrat əllənir. Çənəaltı limfa düyün-
ləri böyümüşdür, bərk elastik konsistensiyalıdır, ağrısızdır, hərəkətlidir. Dəri səpgidən
azaddır. Qan zərdabının Vasserman reaksiyasına görə müayinəsi mənfidir.
1. Xəstəyə münasibətdə müalicə taktikası necə olmalıdır?