Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə394/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   390   391   392   393   394   395   396   397   ...   446
DERMATOLOGİYA-dərslik 1

Məsələ №76
57 yaşlı xəstə qadın dəri şöbəsinə aşağıdakı diaqnozla daxil olmuşdur: «Məhdud psoraz, 
stasionar mərhələ». Sağ baldırın dərisinin zədələnməsi, daimi xarakterli güclü qaşınma, 
bu sahələrdə qabıqvermədən şikayət edir. 13 ilə yaxındır ki, xəstədir. Tibbi yardım üçün 
MRX-na müraciət etmişdir. Müalicə aparılmışdır: lokal UBŞ, zədələnmə ocağına qısa 
müddətli effekt göstərən 0,5%-li prednizolon məlhəmi. 
Dermatoloji status: dərinin zədələnməsi məhdud xarakter daşıyır, əsasən sağ 
baldırın ön səthində 3x5 sm diametrində, kəskin sərhədləri olan lövhəcik şəklində yer-
ləşir. Zədələnmə ocağında ağımtıl-yasəmən rəngli buynuzlaşan qabıqlanma müəyyən 
edilir. Uikhem simptomları müsbətdir. Sol saidin dərisində (bükücü səthi) mərkəzində 
batıqlıqdan papulyoz elementlər görünür; səpgilər bənövşəyi rəngdə zolaq şəklindədir. 
Papulalar poliqonal formada, mərkəzi göbək şəklində batmış, kənarları dəqiq, bərk kon-
sistensiyalıdır, stearin ləkəsi fenomeni, lak pərdəsi və nöqtəvari qanaxmalar yoxdur. Si-
filisə görə RW bütün antigenlərlə mənfidir.
1. Sizin diaqnoz?
2. Əsas müalicə metodları.
 Məsələ №77
10 yaşlı uşaq dəri şöbəsinə pediatrın aşağıdakı diaqnozu əsasında göndərilmişdir: 
«streptokokk impetiqosu». Daxil olduqda aşağı ətraflar nahiyəsində səpginin olması ilə 
əlaqədar şikayətləri vardır. Kortikosteroid məlhəmlərlə, sintomitsin emulsiyası ilə apa-
rılan özbaşına müalicə effekt verməmişdir. Tək-tək səpgi elementləri partlamış və quru-
muşlar, lakin eyni vaxtda yeni elementlər əmələ gəlmişdir.
Dermatoloji status: budların daxili səthinin, sağrıların dərisində bərk konsisten-
siyalı, yarımşarşəkilli, normal dəri rəngində, sancaq başından mərci böyüklüyünə qədər 
düyüncüklər müəyyən olunur. Düyüncüklərin mərkəzində – göbəkşəkilli batıqlıq müşa-
hidə olunur. Pinset vasitəsilə sıxdıqda düyüncüklərdən ağ sıyığabənzər kəsmikli kütlə 


502
çıxır.
1. Sizin diaqnoz?
2. Xəstənin müalicə taktikası.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   390   391   392   393   394   395   396   397   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin