Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə397/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   393   394   395   396   397   398   399   400   ...   446
DERMATOLOGİYA-dərslik 1

Məsələ №86
24 yaşlı xəstə dermatoveneroloqa sidik kanalından ifrazatın gəlməsi, siyimə zamanı 
və onun sonunda sancıların olması şikayəti ilə müraciət etmişdir. Bu əlamətlər təsadüfi 
cinsi əlaqədən 7 gün sonra əmələ gəlmişdir. Baxış zamanı: uretranın xarici dəliyi na-
hiyəsində – hiperemiya, şişkinlik, sərbəst, orta dərəcəli sarı-yaşıl irinli ifrazatlar nəzərə 
çarpır. Uretranın palpasiyası – ağrılıdır. Tompson 2 stəkan sınağı zamanı sidik hər iki 


504
porsiyada tutqundur. Uretradan götürülmüş və Qram üzrə rənglənmiş irin yaxmalarının 
müayinəsi zamanı qonokoklar aşkar edilmişdir.
1. Diaqnozu qoyun.
2. Müalicə planını və əks epidemik tədbirləri göstərin.
Məsələ №87
19 yaşlı xəstə dermatoveneroloqa sidik kanalından irinli ifrazatların gəlməsi, həmçinin 
siyimə aktının əvvəlində sancıların olması şikayəti ilə müraciət etmişdir. O, təsadüfi 
cinsi əlaqədən sonra xəstələnmişdir. 2 stəkan Tompson sınağını qiymətləndirdikdə sidik 
birinci porsiyada tutqun olmuşdur. İfrazatların bakterioloji müayinəsi zamanı hüceyrə-
daxili və hüceyrəxarici yerləşmiş qonokoklar aşkar edilmişdir.
1. Diaqnozu qoyun və müalicə planını tərtib edin.
Məsələ №88
27 yaşlı xəstə dermatoveneroloqa siyimə aktının sonunda kəsici ağrılarla, həmçinin 
siyimə çağırışlarının tezləşməsi ilə əlaqədar şikayətlərlə müraciət etmişdir. Xəstəlik tə-
sadüfi cinsi əlaqədən 5 gün sonra kəskin başlamışdır, xəstə müalicə olunmamışdır. Baxış 
zamanı: uretranın xarici dəliyinin dodaqlarının ödemi, uretradan irinli-selikli sarımtıl 
ifrazatın gəlməsi nəzərə çarpır. 2 stəkan Tompson sınağı zamanı sidik hər iki porsiyada 
tutqundur. Yaxmaların təkrari müayinələri zamanı bütün görmə sahəsini örtən leykosit-
lər daima aşkar edilmişdir; hər görmə sahəsində tumurcuqlanan hüceyrələrin böyük yı-
ğıntıları görünür. Bakteriyalar və trixomonadlar müəyyən olunmur. Saburo mühitinə ək-
dikdə – C.albicans, həmçinin apatogen stafilokokkun sürətlə böyüməsi müşahidə olunur.
1. Diaqnozu qoyun və müalicəni təyin edin.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   393   394   395   396   397   398   399   400   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin