Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə378/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   374   375   376   377   378   379   380   381   ...   446
DERMATOLOGİYA-dərslik 1

Məsələ №22
Xəstə M. 25 yaşındadır, həkimə ümumi halsızlıq, əsəbilik, bədən temperaturunun yük-
səlməsi, oynaqlarda ağrılar və dəridə səpgilərin əmələ gəlməsi ilə müraciət etmişdir. Bu 
vəziyyət doğuşdan 1 ay sonra baş vermişdir. Anamnezdə diskoid qırmızı qurdeşənəyinin 
olması göstərilir. Baxış zamanı: temperatur 37,80C, burnun, yanaqların, döşün dərisində 
çəhrayı-qırmızı rəngli lövhəciklər vardır, bozumtul rəngli sıx yerləşmiş pulcuqlarla ör-
tülmüşdür, ocaqların mərkəzində çapıqvari atrofiya görünür. Dırnaq falanqalarının ovuc 
səthində çəhrayı-göyümtül rəngli ləkələr vardır. Əl, ayaq, mil-bilək, dirsək oynaqları,
şişkindir, onların üzərindəki dəri hiperemiyalıdır, fəaliyyəti pozulmuşdur.
1. Klinik diaqnozu qoyun.
2. Diaqnozu təsdiq etmək üçün hansı laborator müayinələri aparmaq lazımdır?
3. Hansı orqanların vəziyyətinə diqqət vermək lazımdır?
4. Differensial diaqnoz hansı xəstəliklərlə aparılmalıdır?
5. Müalicəni təyin edin.
Məsələ №23
Xəstə N. 28 yaşındadır, bənnadır, 3 il ərzində diskoid formalı qırmızı qurdeşənəyindən 
əziyyət çəkir. Dermatoloji status: sol yanağın dərisində çəhrayımtıl-qırmızı rəngli lövhə-
cik vardır, dəqiq sərhədlərə malikdir, mərkəzində çapıqvari atrofiya, periferiyaya doğru 
ocaq sıx yerləşmiş boz rəngli pulcuqlarla örtülmüşdür.
1. Aşağıda göstərilən hansı preparatlardan xəstəyə təyin edərsiniz? Niyə? Hansı dozada?
a) penisilin; b) sulfadimezin; c) stafilokok vaksini; d) delaqil; e) prednizolon; f) dimed-
rol.
2. Yuxarıda göstərilən hansı preparatlar təyin olunmur və niyə?
3. Xəstənin dispanser müayinəyə ehtiyacı varmı?
4. Dispanser müayinəsinin əsas mərhələlərini sadalayın.
 Məsələ №24
Həkimin qəbuluna 35 yaşlı qadın əllərin dərisində səpgilər və qaşınma şikayətləri ilə 
müraciət etmişdir. Anamnezdən aydın oldu ki, səpgilər 1 il ərzində dəfələrlə «Lotos» 
tozu ilə yuduqdan sonra meydana çıxmışdır. Baxış zamanı: əllərin dərisində kəskin eri-
tema, ödem, çoxlu sayda düyüncüklər və qovuqcuqlar, eroziyalar, islanma nəzərə çarpır.
1. Hansı xəstəlikdən şübhələnmək olar?
2. Xəstəyə hansı müalicə aparılmalıdır?
3. Dərinin analoji zədələnməsinin qarşısını necə almaq olar?

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   374   375   376   377   378   379   380   381   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin