Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


Qırmızı yastı dəmrov zamanı Uikhem torunun alınması



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə368/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   364   365   366   367   368   369   370   371   ...   446
DERMATOLOGİYA-dərslik 1

19. Qırmızı yastı dəmrov zamanı Uikhem torunun alınması
Papulaların səthində xırda torlu şəbəkədir; qırmızı yastı dəmrovun, xüsusilə onun 
adi variantının simptomudur. Papulanı və ya lövhəciyi hər hansı duru yağla (vazelin, 
günəbaxan və s.) ilə sürtürlər. Bu zaman elementin səthində ağımtıl-kül rəngli nöqtələr 
və tor şəklində kəsişən xətlər görünür. Bu fenomen həmin xəstəlik üçün səciyyəvi olan 
epidermisin dənəli qatının nahamar qalınlaşması (qranulyoz) ilə izah edilir.
Qırmızı yastı dəmrovun itiuclu, ziyilli, piqmentli, atrofik və digər formalarında bu
sınaq nisbətən az görüntülüdür. 
20. Qaranlıq görmə sahəsində solğun treponemanın mikrokopik müayinəsi
Müayinə üçün material birincili və ya ikincili sifilomaya şübhəli elementdən (ero-
ziya, xora, xoralı papula), yaxud da limfa düyünlərinin punksiyası yolu ilə götürülür.
Elementi steril pambıq tampon vasitəsilə təmizləyir, sonra odda közərdilmiş və so-
yudulmuş ilgək vasitəsilə yüngülcə onun səthini toxuma mayesi çıxana qədər qaşıyırlar. 


479
Toxuma mayesini təmiz, yağsızlaşdırılmış və üzərində natrium xloridin izotonik məh-
lulundan 1 damla qoyulmuş əşya şüşəsinə köçürür, sonra nazik örtük şüşəsi ilə örtürlər.
Əgər toxuma mayesini göstərilən üsulla almaq mümkün deyildirsə, rezin əlcəklə əl 
vasitəsilə sifilomanın kənarlarından səthində toxuma mayesi görünənə qədər basırlar.
Toxuma mayesinin və natrium xloridin izotonik məhlulunun miqdarı çox olmamalı-
dır, belə ki, böyük damlada treponema mayedə üzəcəklər, bu isə onların aşkarlamasını 
çətinləşdirir.
Qaranlıq görmə sahəsində müayinə aparmaq üçün adi mikroskopa uyğunlaşdırılmış 
xüsusi qurğudan istifadə edirlər. Bu qurğudan (kondensordan) keçdikdə işıq şüaları çəp 
istiqamət alırlar və obyektivə düşməyərək müayinə olunan zərdab damlasının yerində iti 
bucaq altında toplanırlar ki, bu da qaranlıq sahədə müayinənin aparılmasına kömək edir. 
Bu metodika üçün diametri 1,5 sm olan bərk qara kağız dairəsindən (fotokağız konverti) 
isitifadə etmək olar ki, onu vinti açılmış kondensorun aşağı linzasına elə yerləşdirirlər 
ki, linzalarla kağızın kənarları arasında 1,5-2 mm enində sərbəst haşiyə (yarıq) qalsın.
Qaranlıq görmə sahəsində müayinə zamanı işıqlanma kifayət qədər parlaq olmalıdır 
(100-150 Vt elektrik lampası). 
Preparata №40 obyektivində və №10-15 okulyarında baxırlar. Bu zaman qaranlıq 
sahədə çoxlu sayda hərəkət edən işıqlı nöqtələri (zülal və kolloid hissəcikləri), həmçinin 
çətin diferensiasiya edilən hüceyrə elementlərini görmək olur ki, bu da çox vaxt müa-
yinənin məqsədinə daxil deyildir. Solğun treponema parlaq burğuyabənzər saplar şək-
lində olub rəvan və ya saat kəfkiri şəklində üzürlər. Onu çox vaxt cinsiyyət orqanlarında 
rast gələn crassus treponeması ilə səhv salırlar, lakin sonuncu solğun treponemadan 
qalındır, daha geniş qıvrımları vardır və sürətlə hərəkət edir.
Qaranlıq sahə üsulu sadə və bəlkə də daha etibarlı üsul sayılır. Solğun treponemaya
in vivo baxırlar ki, bu da onu digər spiroxetlərdən diferensiasiya etməyə imkan verir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   364   365   366   367   368   369   370   371   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin