Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


 Yodun spirtli məhlulu ilə Balzer sınağının aparılması



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə364/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   360   361   362   363   364   365   366   367   ...   446
DERMATOLOGİYA-dərslik 1

 10. Yodun spirtli məhlulu ilə Balzer sınağının aparılması
Bu metod kəpəklənən və ya rəngbərəng dəmrovun diaqnostikasında tətbiq olunur. 
Ləkələrə 5%-li spirtli yod məhlulu çəkirlər. Səpgilər nahiyəsində buynuz qatın yumşal-
ması sayəsində yod məhlulu çox sürətlə bu sahələrə hopur və ləkələr ətrafdakı sağlam 
dəriyə nisbətən daha intensiv boyanır. Yod məhlulu olmadıqda anilin boyalarından isti-
fadə etmək olar. Qeyd etmək lazımdır ki, kəpəklənən dəmrovdan sonra qalıq leykoder-
masında (xüsusilə də ultrabənövşəyi şüalanmaya məruz qalan şəxslərdə) Balzer sınağı 
mənfi olur.
 11. Dermatomikozlar zamanı mikroskopik müayinə
Müayinə üçün pulcuqları, zədələnmiş tükləri, dırnaq lövhələrini götürmək olar. Der-
matomikozlar zamanı mikroskopik müayinənin nəticəsi çox vaxt materialın düzgün gö-
türülməsindən asılıdır. Göbələk elementləri adətən təzə, müalicə olunmamış, lakin artıq 
formalaşmış zədələnmə sahələrində olur.
Hamar dərinin mikozları zamanı (trixofitiya, mikrosporiya, ayaqların mikozu, ke-
ratomikoz, kandidoz) müayinə üçün ocağın periferik sahələrindən pulcuqlar skalpel 
vasitəsilə qaşımaqla götürülür. Ayaqların, əllərin dishidrozu olan xəstələrdə qayçı və 
ya təhlükəsiz ülgüc (lezva) vasitəsilə qovuqların yastıqları və qopub düşən epitelinin
qalıqları kəsilib götürülür. 
Dermatomikozlar zamanı uzun və zərif tüklər ocaqlardan epilyasiya pinsetləri va-
sitəsilə, bəzən tüklər dəri səviyyəsində qırılırsa («qara nöqtələr») skalpelin ucu ilə götü-
rülür. İnfiltrativ-irinli proseslər zamanı ocağın periferiyasından irinin içində üzən tükləri 
yığırlar: onları folkman qaşığı ilə götürür və Petri kasacığına və ya saat şüşəsinə yerləş-
dirirlər. Preparoval iynəsi vasitəsilə zədələnmiş tükü tutur və əşya şüşəsinə yerləşdirirlər. 
İrini zədələnmə açıq sahələrindən, fistullardan da bu qayda ilə, lakin qapalı sahələrdən 
(abses, irinləmiş limfa düyünləri və s.) – şprislə punksiya etməklə yığırlar. 
Zədələnmiş selikli qişadan göütürülmüş qaşıntını steril şpatel, ilgək, pinset, folkman 
qaşığı vasitəsilə götürürlər.
Zədələnmiş dırnaqlardan materialı götürmək üçün skalpel, qayçı, manikür maqqaşla-
rından, daha dərin qatlardan isə – bor maşınından istifadə edirlər. 
Dərin mikozlar zamanı müayinə üçün bəlğəm, öd, sidik, toxuma mayesi götürülür və 


476
kip probka ilə bağlanan steril şüşə bankalara yığılır.
Mikroskopiya üçün nativ və rənglənmiş preparatlardan istifadə edirlər. Müayinə olu-
nan materialın xarakterindən və dermatomikozun növündən asılı olaraq preparatların 
hazırlanmasının bir neçə metodu vardır. Göbələk xəstəliklərinin laborator diaqnostikası 
üçün daha münasib olan metodu nəzərinizə çatdırırıq.
Zədələnmiş tüklər, dırnaq lövhələri, bərk buynuz kütlələri, pulcuqları əşya şüşəsində 
qızdırılmış skalpel vasitəsilə xırdalayır və üzərinə 2-3 damcı 10-30%-li qələvi məhlulu 
(KOH və ya NaOH) əlavə edirlər. Şəffaflaşdırmaq üçün preparatı spirt lampasının alo-
vunda, periferiyada ağ haşiyə əmələ gələnə qədər qızdırırlar (qaynamamalıdır), sonra 
üstündən basaraq örtük şüşəsi ilə örtürlər. 
Pulcuqları, buynuz kütlələrini, dırnaqları müayinə etdikdə həkim-laborant yalnız mi-
selinin tapılıb-tapılmadığını göstərə bilər («göbələyin miselisi tapılıb», «tumurcuqlanan 
hüceyrələr qrupu tapılıb»), həkim-mikoloq isə klinik şəklinə görə xəstəliyin diaqnozunu 
qoyur və ya əlavə olaraq kultural müayinə təyin edir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   360   361   362   363   364   365   366   367   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin