Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


Dərinin nəmliyinin, yağlı, quru olmasının, turqorunun təyin edilməsi



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə360/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   356   357   358   359   360   361   362   363   ...   446
DERMATOLOGİYA-dərslik 1

5. Dərinin nəmliyinin, yağlı, quru olmasının, turqorunun təyin edilməsi
Dərinin turqorunun və elastikliyinin təyin olunması əllə yoxlamaqla (dərini barmaq-
la büküş şəklində tuturlar), həmçinin dərini hamarlamaqla və ona təsir etməklə (bas-
maqla) aparılır. Dərinin turqoru və elastikliyi haqqında əlin arxa tərəfindəki büküşlərin 


472
yenidən hamarlanması vaxtına əsasən fikir söyləmək olar. Turqor yüksək olduqda o, ani 
müddətdə hamarlanır, aşağı olduqda və qocalarda – bir neçə dəqiqə ərzində qalır. 
Dərinin turqorunun və elastikliyinin aşağı düşməsi müxtəlif atrofik proseslər zama-
nı, elastikliyinin artması isə – dərinin hiperelastikliyi zamanı müşahidə olunur. 
Tər ifrazının elektrometrik metodla müayinəsi ondan ibarətdir ki, dərinin nəmliyi 
elektrik cərəyanın müqavimətinə tərs mütənasibdir. 
İki elektrodla birlikdə xüsusi ucluq dərinin müayinə olunan sahəsinə sıx toxunduru-
lur. Tamamilə quru dəridə elektrodlara qoşulmuş zəif daimi cərəyan quru buynuz qat 
tərəfindən göstərilən müqaviməti sındıra bilmir. Nəm dəri zamanı müqavimət azalır və 
müvafiq cihaz vasitəsilə qeydə alına bilər.
Tər ifrazının pozulması cüzam, allergik qaşınan dermatozlar, dərinin atrofiyası, sk-
lerodermiya zamanı nəzərə çarpır.
6. Dermoqrafizmin təyin olunması
Bu metod vegetativ sinir sisteminin vəziyyətini, o cümlədən dərinin qıcıqlanmasına 
cavab olaraq damar divarının reflektor reaksiyalarını təyin etməyə imkan verən metod-
dur.
Çöpün küt ucu və ya şpatelin kənarı vasitəsilə dəri boyunca zolaq çəkirlər. 10-20 
san. sonra şpatelin hərəkətini dəqiq təkrar edərək ağ və ya qırmızı zolaq meydana çıxır. 
Ağ dermoqrafizm zamanı, məsələn atopik dermatit, qoturluq zamanı zolaq 2-8 dəqiqə-
dən sonra itir. Qırmızı dermoqrafizm (ekzema) bir qədər tez meydana çıxır və xeyli vaxt, 
bəzən 1 saata qədər və daha çox qalır. Az hallarda qabarıq, yaxud urtikar dermoqafizm 
(bu, xüsusilə övrə üçün xarakterikdir), həmçinin reflektor dermoqrafizm müşahidə olu-
nur ki, bu zaman hiperemiya 3 sm enində zolaq şəklində meydana çıxır.
7. Damcı və ya kompress allerqoloji dəri sınaqlarının qoyulması metodikası və on-
ların interpretasiyası

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   356   357   358   359   360   361   362   363   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin