470
dəmrov, parapsoriaz zamanı tətbiq olunur. Dırnaqla qaşımaq tövsiyə olunmur, belə ki,
bu zaman yoluxmaq mümkündür (dermatomikoz, papulyoz sifilid).
3. Diaskopiya (vitropressiya) – dərinin zədələnmiş sahəsinə əşya şüşəsi vasitəsilə,
yaxud xüsusi alət – diaskopla (şəffaf plastmass lövhə) təsir göstərilməsi (sıxılması)
deməkdir. Bu metod vasitəsilə elementin xarakteri (damar mənşəli, piqmentli) təyin olu-
nur. Damar mənşəli ləkə sıxıldıqda avazıyır və ya yox olur, hemorragik (və ya piqmentli)
ləkə isə yox olmur. Bu metod vərəm qurdeşənəyinin diaqnostikasında da kömək edir
(«alma jelesi» fenomeni),
3. Zöhrəvi xəstəliyi olan şəxsin bədəninin müayinəsi
Qadınlarda cinsiyyət orqanlarına baxış xəstənin ginekoloji kresloda arxası üstə uza-
narkən aparılır. Əvvəlcə böyük cinsiyyət dodaqları, aralığın dərisi, arxa keçəcək nahiyə-
si
nəzərdən keçirilir,
onun rənginə, səpgilərin olub-olmamasına, ifrazatın
gəlməsinə
fikir verilir. İki çöp, pinset və ya sol əlin barmaqları vasitəsilə əlcəklə kiçik cinsiyyət
dodaqlarını aralayır və uşaqlıq yolunun dəhlizinə baxırlar, qızlarda qızlıq pərdəsinin və-
ziyyətinə və ya cinsi həyat keçirənlərdə onun qalıqlarına fikir verirlər. Sonra dəhlizin
böyük vəzlərinin axacaqlarının girişini müayinə edir, onların rənginə, ifrazatlara diqqət
verilir. Vəzləri baş və şəhadət barmağı ilə palpasiya edirlər (sol vəzi – sol əllə, sağ vəzi –
sağ əllə). Vəzi massaj etdikdə sekret əldə etmək olar ki, onu lazım gəldikdə mikroskopik
müayinə aparmaq üçün götürürlər.
Sidik kanalının xarici dəliyi və lakunaları baxışdan keçirilir, onların hiperemiyasına,
ödemli olmasına, ifrazatların gəlməsinə fikir verilir. Sidik kanalını palpasiya edir, onun
divarlarının
vəziyyətini, bərk törəmələrin olmasını təyin edirlər. Sidik kanalını şəha-
dət barmağı ilə palpasiya edərək eyni vaxtda onu arxadan qabağa doğru massaj edirlər.
Alınmış ifrazat mikroskop altında müayinə olunur. Sonra xəstədən sidik kisəsini ardıcıl
olaraq iki stəkana boşaltmağı xahiş edirlər. Sidiyin ilk porsiyası sidik kanalının vəziy-
yətini, ikincisi – yuxarıda yerləşmiş sidik yollarındakı dəyişiklikləri göstərir. Cinsi həyat
keçirən qadınlarda uşaqlıq yoluna ikilaylı Kusko güzgüsünün köməyi ilə baxırlar. Bu
zaman uşaqlıq boynunun həcmi və forması, uşaqlıq dəliyinin vəziyyəti, hipermiyanın,
ödemin, eroziyanın, ifrazatların olması (onların xarakteri və miqdarı) təyin olunur. Açıq
güzgünü çevirərək uşaqlıq yolunun divarlarını nəzərdən keçirir, novşəkilli zond və ya
folkman qaşığı vasitəsilə mikroskopik müayinə üçün uşaqlıq yolunun kanalından ifra-
zatlar yığılır. Eroziya olduqda şübhəli hallarda onun səthindən ilgək vasitəsilə solğun
treponemanın aşkarlanmasına görə müayinə üçün ifrazat götürülür. Uşaqlıq yolundan
güzgünü çıxardıqdan sonra müayinə əllə aparılır, bu zaman uşaqlıq boynunun bərkimə-
sinə xüsusi fikir verirlər, çünki bu, birincili sifilisin diaqnostikasında çox böyük əhəmiy-
yət kəsb edir.
Kişilərdə cinsiyyət orqanlarının müayinəsi. Kişilərdə cinsiyyət orqanları
parlaq
işıqda həyata keçirilir. Xəstə 3-4 saat ərzində siyiməməlidir. Əvvəlcə qarnın aşağı his-
səsinin dərisinə, budun daxili səthinə baxır, səpgilərin olub-olmaması, qasıq və bud
limfa düyünlərinin vəziyyətinə, sonra
cinsiyyət üzvünə, pülük kisəsinin daxili və xa-
rici qatlarına, başına, sidik kanalının xarici dəliyinin kənarlarına fikir verirlər. Parau-
retral axacaqların, eroziyaların, xoraların olmasını müəyyən edirlər. Sonuncular aşkar
olunduqda onların üzərindəki ərpi kənar edir və onun dibini palpasiya edirlər. Solğun
471
terponemanın aşkar edilməsinə görə müayinələr üçün ifrazatlardan nümunə götürürlər.
Sidik kanalının xarici dəliyinə baxdıqda
onun diametrinə, iltihab prosesinin olmasına
(hipermiya, şişkinlik), ifrazatlara, onların xarakterinə (seroz, selikli, selikli-irinli, irinli,
qanlı-irinli) fikir verirlər. İfrazatlar çox olduqda steril pambıq vasitəsilə birinci damlanı
kənar edir, sonrakı damlalardan bir neçə yaxma hazırlayırlar.
Sonra cinsiyyət üzvünü
sidik kanalının boyunca palpasiya edirlər. İfrazatlar olmadıqda sidik kanalının boyunca
yüngül massajla onları əldə etməyə çalışırlar. Zöhrəvi xəstəliyə şübhə yarandıqda və
ifrazat olmadıqda ilgək və ya xüsusi küret vasitəsilə sidik kanalının selikli qişasından
qaşıntı götürülür. Yaxmalar qonokokların və ya digər bakterial floranın aşkarlanması-
na görə müayinə üçün laboratoriyaya göndərilir. Sonra xayanı, yumurtalıqları, onların
törəmələrini, toxum ciyələrini müayinədən keçirirlər; onların ölçüləri, konsistensiyası,
ağrılı olması təyin edilir. Müayinədən sonra 2 və ya 3 stəkan sınağı qoyulur, ləng və
xronik proses zamanı sidik kanalına mil salınır, uretroskopiya üçün müayinə aparılır.
Dostları ilə paylaş: