Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


DƏRİ VƏ ZÖHRƏVİ XƏSTƏLİKLƏR ÜZRƏ TƏCRÜBİ VƏRDİŞLƏRİN



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə357/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   353   354   355   356   357   358   359   360   ...   446
DERMATOLOGİYA-dərslik 1

DƏRİ VƏ ZÖHRƏVİ XƏSTƏLİKLƏR ÜZRƏ TƏCRÜBİ VƏRDİŞLƏRİN 
SİYAHISI VƏ TƏSVİRİ
1. Dermatoloji xəstənin bədəninin müayinə metodikası
Müayinəni gündüz işığında və ya kifayət qədər parlaq elektrik işığında aparmaq 
daha yaxşıdır. Otaqda (kabinetdə) temperatur 22-230C olmalıdır, belə ki, aşağı tempera-
tur damarların spazmına səbəb olur (dəri avazıyır), çox yüksək temperaturda isə onların 
genişlənməsi baş verir (hiperemiya meydana çıxır ki, bu da dərinin həqiqi rəngini itirir.
Dərinin bütün səthinə baxmaq məqsədəuyğundur, bu zaman xəstənin sifətinə 
diqqət vermək lazımdır, bununla bəzi dermatozları olan xəstələr üçün səciyyəvi müxtəlif 
emosiyaları və vəziyyətləri (əsəbilik, əzab, yorğunluq, laqeydlik) görmək olar. Burnun 
forması və deformasiyası sifilisin (yəhərşəkilli), vərəm qurdeşənəyi (yumşaq toxumala-
rın dağılması – «qoyun burnu»), rinofimanın diaqnozunun qoyuluşunda mühüm əhəmiy-
yət kəsb edir.
Dərinin rənginə fikir verirlər, normada o, solğun, çəhrayı, qarabuğdayı ola bilər. 
Sağlam şəxslərdə donuqvari, yağlı parıltılı deyildir, piy vəzilərinin görünən axacaqları 
yoxdur. Bəzi xəstəliklərdə dəri öz rəngini dəyişir. O, durğunluq vəziyyətlərində göyüm-
tül, akrodermatit zamanı - göy-qonuru, göbələkvari mikozun başlanğıc mərhələsində 
- qəhvəyi, sarılıq zamanı - sarı, ixtioz, melanodermiya zamanı – bozumtul-qara, addison 
xəstəliyi zamanı – tunc rəngində olur.
Vegetativ sinir sisteminin fəaliyyətinin pozulması ilə müşayiət olunan dermatozlar 
zamanı dəri nəm; Benye pruriqosu, disseminasiyalı neyrodermit, ixtioz zamanı – quru 
olur. 
Müayinə zamanı saçlar, dırnaqlar, xarici cinsiyyət orqanları, arxa keçəcək (düz bağır-
saq) nahiyəsi baxışdan keçirilir.
Baxış zamanı dodaqların qırmızı haşiyəsinin rənginə, onun quru, qabıqlanmasına, 
çatların, eroziyaların, qartmaqların olmasına fikir verilir. Ağız boşluğunun selikli qişası 
da baxışdan keçirilməlidir, belə ki, orada səpgilər (kandidoz, qırmızı yastı dəmrov, pem-
fiqus zamanı) aşkar edilə bilər. 

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   353   354   355   356   357   358   359   360   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin