Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


Cədvəl 36.2. Sifilis və frambeziyanın differensial diaqnostikası



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə353/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   349   350   351   352   353   354   355   356   ...   446
DERMATOLOGİYA-dərslik 1

Cədvəl 36.2. Sifilis və frambeziyanın differensial diaqnostikası
Sifilis
Frambeziya
Erkən dövr
Bərk şankr cinsiyyət orqanları nahiyəsində 
yerləşir
Rozeolalar, papulalar, tək-tək pustulalar
Selikli qişalar tez-tez zədələnir
Qaşınma xarakterik deyil
Alopesiya mümkündür
Gözün zədələnməsi – irit, xorioidit, retinit
Qundu tipli zədələnmə olmur
Frambezioma ekstragenital yerləşir
Papulez-vegetasiyaedici frambezidlər
Selikli qişalar nadir hallarda zədələnir
Qaşınma tipikdir
Alopesiya olmur
Gözün zədələnməsi olmur
Qundu tipli zədələnmə tez-tez olur
Gecikmiş dövr
Visseral zədələnmələr mümkündür
Sinir sisteminin zədələnmələri olur
Sinir sisteminin zədələnmələri zamanı 
likvorda Vasserman reaksiyası müsbətdir
Damarlar zədələnir (obliterasiyaedici 
endarteriit, beyin damarlarının trombozu)
Qanqoz tipli zədələnmələr olmur
Oynaq ətrafı düyünlər tipik deyil
Anadangəlmə sifilis mümkündür
Visseral zədələnmələr olmur
Sinir sisteminin zədələnmələri olmur
Likvorda Vasserman reaksiyası mənfidir
Damarlar zədələnmir
Bəzən qanqoz olur
Tez-tez oynaq ətrafı düyünlər inkişaf edir
Anadangəlmə frambeziya olmur
Diaqnozu
Aşağıdakılar əsasında diaqnoz qoyulur:
• 
xəstəliyin klinik əlamətləri; 
• 
ocağın epidemioloji müayinələrinin nəticələri;
• 
xəstəliyin tipik klinik əlamətləri; 
• 
mikroskopun qaranlıq tünd sahəsində ilkin frambeziomalardan xaric olan 
materialda, ilkin zədələnmə ocağından alınan eksudatda, ikincili effloressensiyada
törədicilərin aşkar edilməsi;
• 
səpgi elementlərinin histoloji müayinəsi;
• 
müsbət seroloji reaksiyalar (RV, RİT, RİF). 


465
Müalicəsi
ÜST-nın təlimatına əsasən frambeziyanın müalicəsində uzun müddətli (prolonqasiya 
edici) təsirə malik penisillin preparatlarına – benzatinbenzilpensillin (BBP) üstünlük 
verilir. Ambulator şəraitdə xəstələrə sağrının yuxarı xarici kvadratına əzələ içinə 
2400000 vah. dozada 1 inyeksiya edilir ki, bu da 3 həftə müddətində preparatın 
treponemosid səviyyəsinin saxlanmasını təmin edir. Xəstəyə BBP-nin 1 dəfə vurulması 
treponema xəstəliklərinin həmin müddətdə sağalmasını və reinfeksiyaya qarşı müdafiəni 
təmin edir.
Endemik treponematozlu xəstələrlə təmasda olanlar üçün BBP-nin təklif edilən 
profilakrik dozaları:
• 
10 yaşa qədər – 600 000 vah. benzatinbenzilpensillin;
• 
10 yaşdan yuxarı olan xəstələr üçün – 1 200 000 ED benzatinbenzilpensillin.
Frambeziyanın endemik zonalarda yayılmasından asılı olaraq müvafiq müalicə 
taktikası seçilir (Cədvəl 36.3).

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   349   350   351   352   353   354   355   356   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin