Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə352/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   348   349   350   351   352   353   354   355   ...   446
DERMATOLOGİYA-dərslik 1

Epidemiologiyası 
Frambeziya birbaşa qeyri cinsi əlaqə vasitəsilə insandan insana keçir (yoluxmuş zədə 
yerinin eksudatı və ya zərdabı vasitəsilə). Xəstələr latent və üçüncülü mərhələdə praktik 
olarəq yoluxucu deyil (Cədvəl 36.1). Adamların sıxlığı və sanitariya-gigiyenik şəraitin 
pis olması frambeziyanin yayılmasına təsir edir .
Xəstəliyin gedişi
İnkubasiya dövrü - 3 – 4 həftədir. 
Birincili dövr – yarım ilə qədər
İkincili dövr – 1,5-2 ilə qədər.
İkincili dövr xəstəliyin aktiv meydana gəlməsi və latent dövrunə keçməsinin bir-bi-
rini siklik əvəz etməsilə xarakterizə olunur. Bütün ikincili dövr ərzində (1,5-2 ilə qə-
dər) latent dövrundən sonra xəstəliyin 2-3 klinik residivi müşahidə oluna bilər. Bir çox 
xəstələrdə xəstəlik bununla da başa çatır.
Üçüncülü dövr – müalicə olunmayan xəstələrin 10-15%-də xəstəliyin ikincili dövrü-
nün başa çatmasından 7-25 il sonra uzun latent dövru fonunda meydana gəlir. 


463
Cədvəl 36.1. Frambeziyada müalicə taktikasının xüsusiyyətləri (ÜST)
Epidemioloji
xarakteristikası
Sifilis
Frambeziya
Becel
Pinta
Yayılması
Coğrafi 
paylanması
Iqlim şəraiti
Xəstələrin yaşı
Ötürülmə 
mexanizmi:
-cinsi
-qeyri cinsi
-anadangəlmə
İnfeksiyanın 
rezervuarı
Sporadik; əsasən 
şəhərlərdə
Dünyanın 
müxtəlif 
regionlarında
İstənilən
18-30 yaş
adi
nadir halda
bəzən
Yaşlılar
Endemik;
kənd rayonları
Afrika, Cənub-
Şərqi Asiya, 
Cənubi Amerika 
İsti rütubətli 
iqlim
2-10 yaş
yox
bəli
yox
2-15 yaşlı 
uşaqlar
Endemik;
kənd rayonları
Cənub-
QərbiAsiya,
Saxara
İsti quru iqlim
2-10 yaş
yox
bəli
yox
2-15 yaşlı 
uşaqlar və latent 
dövründə olan 
xəstələr
Endemik;
kənd rayonları
Mərkəzi və 
Cənubi Amerika
İsti yarımquru 
iqlim
15-30 yaş
yox
bəli
yox
dərinin davamlı 
zədələnməsi 
olan 15-30 yaşlı 
xəstələr 
Klinik şəkli
İlkin dövr – tək-tək yumşaq, qaşınan, solğun çəhrayi rəngli, papulomatoz artımlı 
(moruğa bənzər) papulalar olur. Papulanın səthində adətən çox dərin olmayan yaralar 
əmələ gəlir (frambezioma). Xoralar qartmaqla ortülü olur, və çapıqlaşır. Frambezioma
adətən uşaqlarda bədənin açıq yerlərində, xüsusən üzdə (dodaqlarda, qulaq seyvanında, 
ağızda, burun nahiyəsində), əllərdə olur. Uşaq əmizdirən qadınlarda frambezioma tez-
tez süd vəzisi ətrafında, kişilərdə isə baldırda, ayaq pəncəsində, az hallarda isə cinsiyyət 
orqanlarında yerləşir. 
İkincili frambeziomalar - şankr-satellitlər də əmələ gələ bilər. 
İkincili dövr gövdədə və ətraflarda çoxlu qaşınan papulalar – moruğa oxşar 
frambezidlərin, habelə skvamoz və eritromatoz-skvamoz ləkələrin, nadir hallarda isə 
papulo-qabarcıqlar və xoralı vezikulo-pustulaların meydana gəlməsilə xarakterizə 
olunur. Bu dövrdə tez-tez əl içi və ayaq altının məhdud və ya yayılmış hiperkeratozu 
aşkar edilir.
Üçüncülü dövr üçün qummaların, xoraların, çapıqların, qanqozların (mutulyasiya 
edici olunan rinofaringit), octeoperiostitlərin əmələ gəlməsi, habelə xəncərəbənzər 
baldır, ön burun sümüyünün hiperostozu (qundu, qondu), düyünlü oynaqətrafı nahiyələr 
xarakterikdir (Cədvəl 36.2).


464

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   348   349   350   351   352   353   354   355   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin