475
Kəpəklənən və ya rəngbərəng dəmrovun lüminessent diaqnostikası: metod başın
tüklü hissəsində zədələnmə ocaqlarının aşkar edilməsi məqsədilə tətbiq olunur. Qaranlıq
otaqda başın tüklü hissəsini Vud lampası ilə işıqlandırırlar. Zədələnmə ocaqları qızılı-sa-
rı, sarı-qəhvəyi və ya bozumtul rəngdə görünürlər.
Başın tüklü hissəsində zədələnmə ocaqlarının aşkar edilməsi kəpəklənən dəmrovun
müalicəsində mühüm əhəmiyyət daşıyır, lakin praktik həkimlər çox vaxt bu lokalizasi-
yanı yaddan çıxarırlar, bu isə gələcəkdə xəstəliyin residivlərinə gətirib çıxarır.
Eritrazmanın lüminessent diaqnostikası: metod eritrazmanın qasıq epidermofitiya-
sından, rubromikozdan fərqləndirilməsi məqsədilə tətbiq olunur. Zədələnmə ocaqları
Vud lampasının altında müayinə edilir. Eritrazma zamanı (zədələnmə ocaqları əvvəlcə-
dən yerli terapiyaya məruz qalmamalıdır) bir neçə gün ərzində səciyyəvi mərcanı-qırmı-
zı işıqlanma
müşahidə olunur ki, o da periferik zonada daha qabarıq nəzərə çarpır.
Dostları ilə paylaş: