456
müddətində reqressiya edən dermatitin klinikası inkişaf edir. Əqrəblərin dişləməsi nəti-
cəsində kəskin ağrı, dərinin şişkinlik və hiperemiyası, hemorragiya və nekroz da inkişaf
edə bilər. Əqrəbin zəhərinin təsirindən kəskin toksiki reaksiya əmələ gəlir ki, bu da xü-
susən uşaqlarda kollaps, hətta ölümlə də nətcələnə bilər.
Hörümçəklər.
Qaraqurdun dişləməsindən dərhal sonra kəskin ağrı və yanğı hissi,
eritema, şişkinlik, sonra isə papulo- vezikulyar elementlər və dərinin bərkiməsi baş verir.
10- 30 dəq.- dən sonra ümumi toksiki reaksiya, qıcolmalar, yayılmış ləkəli- papulyoz və
vezikulo- pustulyoz səpgi əmələ gəlir. 3-5 % hallarda ölümlə nəticələnir.
Dostları ilə paylaş: