Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə329/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   325   326   327   328   329   330   331   332   ...   446
DERMATOLOGİYA-dərslik 1

Diaqnostika: 
klinik-epidemioloji məlumatlara, patoloji materialda Pasteurella tu-
larensis –in identifikasiyasına; tulyarin ilə qoyulan müsbət dəri daxili sınağa əsaslanır.
Differensial diaqnoz bərk şankr, qara yara, sporotrixoz, dərinin kollikvativ vərəmi 
ilə aparılır.
Müalicə:
diri bakterial vaksin; streptomitsin 1 kq bədən çəkisinə 7,5-10 mq dozada 
hər 12 saatdan bir 7-10 gün ərzində təyin olunur; həmçinin tetrasiklin, makrolidlər, levo-
misetin (2 həftə ərzində orta terapevtik dozada) tətbiq olunur; yerli olaraq – tərkibində 
antibiotiklər olan kombinə olunmuş steroid məlhəmlər, isti təsirli fizioterapevtik prose-
durlar; irinli limfadenitlər zamanı cərrahi müdaxilə həyata keçirilir.
Profilaktika: xəstələrin vaxtında aşkar edilməsi, izolyasiyası və müalicəsi; su və 
qida məhsullarının zərərsizləşdirilməsi; endemik ərazilərdə əhalinin quru tulyaremiya 
vaksini ilə peyvəndlənməsi. Epizootiyalar zamanı gəmiricilərin məhv edilməsi; profi-
laktik baytarlıq nəzarətinin aparılması həyata keçirilir.


442
TROPİK MİKOZLAR
İsti ölkələrdə olduqca geniş yayılmışlar, çünki orada:
• 
yüksək temperatur və rütubətli hava vardır ki, bu da termostat şəraiti yaradır;
• 
çoxlu sayda bitkilərin olması və onların saprofit göbələklərlə yoluxmaları;
• 
əhalinin müxtəlif baş geyimlərindən istifadə etmələri;
• 
ənənəvi olaraq saçlara müxtəlif yağlar, turş tərkibli məhsullar sürtülməsi;
• 
əhalinin sanitar mədəniyyətinin aşağı səviyyədə olması.
Tropik ölkələrdə göbələk xəstəlikləri üçün aşağıdakı cəhətlər səciyyəvidir: yerli əha-
linin və gəlmə şəxslərin yoluxma tezliyinin yüksək olması, yüksək kontagiozluq (yolux-
duruculuq), zədələnmələrin geniş sahəni əhatə etməsi, xəstəliyin uzun müddət davam 
etməsi.
Keratomikozlar

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   325   326   327   328   329   330   331   332   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin