441
xəstə şəxslərin izolyasiyası; sanitar mədəniyyətin yüksəldilməsi, şəxsi və ictimai profi-
laktika tədbirlərinin həyat keçirilməsi.
Tulyaremiya
Xronik yoluxucu xəstəlikdir. İsti ölkələrdə rast gəlir. Törədicisi
Pasteurella tularensis
- qram-mənfi spor əmələ gətirməyən kokkobasillərdir, endotoksin ifraz edirlər. İnfeksi-
yanın yayılmasında gəmiricilər iştirak edirlər; bitlərin, birələrin, gənələrin dişləməsi za-
manı ötürülür; yoluxma tənəffüs yollarından və həzm yolundan baş verə bilər. Periodik
epidemik kəskinləşmələr qeyd olunur.
Klinik şəkil:
törədicinin daxil olduğu yerdə adətən 1 həftə ərzində üzdə, boyunda,
əllərdə nekrozlaşan və xoralaşan düyün əmələ gələrək kənarları
yumşaq olan xoraya
çevrilir. Xoranın əmələ gəlməsi limfangit və regionar limfadenit ilə müşayiət olunur.
Limfa düyünləri irinləşərək deşilir (yaxud bərkiyir və böyüyürlər) və fistullar əmələ
gətirir. İrinləyən düyünlər limfangit boyunca əmələ gələ bilər.
Xəstəliyin əvvəlində
titrəmə, qızdırma, baş ağrısı nəzərə çarpır. Xarakterik tulyaremidlərin - çoxformalı eks-
sudativ eritemanı xatırladan simmetrik polimorf səpgilərin yaranması səciyyəvidir. Tul-
yaremiyanın xoralı-vəz formasından başqa, göz-bubon, angioz-bubon, vəz, ağciyər və
generalizə olunmuş (törədicinin daxil olduğu yerdə birincili xora yaranmır) formaları da
rast gəlir. Tulyaremiyanın bu müxtəlif formalarında ümumi toksik əlamətlər və yayılmış
toksik-allergik səpgilər daha çox nəzərə çarpır.
Gedişi:
xroniki, əsas etibarilə xoşxassəlidir; letal nəticələr isə vəz formasının ağır
gedişində mümkündür.
Dostları ilə paylaş: