443
yerləşir. Törədicinin Endodermophyton Roquettei Fonseca olması güman edilir. Adətən
bədənin gigiyenasını gözləməyən, həddən artıq tərləyən və yanaşı gedən infeksion-para-
zitar xəstəlikləri olan böyüklər xəstələnirlər.
Klinik şəkil:
qeyd olunan sahələrdə xırda qeyri-iltihabi, bozumtul-qonur rəngli, aza-
cıq qabıqlanan ləkələr əmələ gəlir ki, onlar da periferiyaya doğru sürətlə böyüyürlər və
oval və ya dairəvi ləkələr (mərkəzində cüzi hipopiqmentasiyalı, kirəmitşəkli mikoz üçün
xas olan konsentrik kokarda əmələ gətirmədən) şəklini alırlar. Dırnaq plastinkalarının
zədələnməsi (tutqunlaşması, deformasiyası, asanlıqla ovulması) də mümkündür. Diaq-
nozu qoymaq üçün favusun törədicisini xatırladan koloniyaların böyüməsinin kultural
təsdiqi lazımdır.
Dostları ilə paylaş: