Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə321/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   317   318   319   320   321   322   323   324   ...   446
DERMATOLOGİYA-dərslik 1

Müalicə:”Noma”-ya bax.
Tropik xoralar 
Tropik xoralar müxtəlif etiologiyalı klinik olaraq oxşar xoralı prosseslərdən ibarətdir.
Xoranın ifrazatında mikrob assosiasiyaları aşkarlanır:hemolitik streptokokklar, stafilo-
kokklar, Plaut-Vensan simbiozu və s.
Həqiqi tropik xora (Faqedenik tropik xora, cəngəllik xorası və s.)
Bu xəstəlik üçün dörd ”F” xarakterikdir: Foot (pəncə), Filth (palçıq), Fusospirillosis 
(fusospirillyoz), Friction (sürtmək, sıyrıntı). Bunu kasıb əhalinin xəstəliklərinə aid edir-
lər. Tropik xoraların əsas lokaizasiyası-baldırların aşağı 1/3-ri,yəni daha çox travmati-
zasiyaya, çirklənməyə,həşəratların dişləməsinə məruz qalan yerlər. Xoralar əsasən tək 
yaranırlar və bir ətrafı zədələyirlər. Xəstəlik tez inkişaf edən sudurcuğun və ya hipere-
miyalı haşiyəsi və azacıq sərtləşmiş əsası olan fliktenanın yaranması ilə başlayır.Bir gün 
ərzində elementlərin yerində eroziyalar yaranır bu da sonralar periferiyaya və dərinliyə 
dogru böyüyən xoraya çevrilir. Xoranın səthində çirkli-boz xoşa gəlməz qoxusu olan 
strupa formalaşır, altında isə çəhrayı boz qranulysiyalar görünür. Fassiyalar,vətərlər bəzi 
hallarda əzələlər və sümüklər də xoralı prossesə qoşula bilər. Pasientin əksər hallarda 
statik vəziyyətindən asılı olaraq xoranın ekssentrik (“ağırlıq fenomeni”) inkişafı xarak-
terikdir: şaquli halda-pəncəyə, üfüqi halda baldır-ayaq əzələsinə doğru. Xəstənin ümumi 
vəziyyəti pozulmur. Müalicə tədbirləri olmadan xəstəlik illərlə davam edir sonda hamar 
və çökək çapıqların formalaşması ilə nəticələnir.Avstralo-neqroid irqli insanlarada –ke-
loid çapıqları yaranır. Nadir hallarda pəncə-baldır oynağının ankilozu,ətrafların ampu-
tasiyası ilə nəticələnən qanqrenası, sürətli formada isə ölümlə nəticələnən septisemiyası 
müşahidə olunur.
Müalicə: Xoralara antibiotiklərin yeridilməsi; ümumi qüvvətləndirici maddələr; yer-
li- dezinfeksiya və epitelizasiya edici maddələri; xoraların cərrahi işlənməsi.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   317   318   319   320   321   322   323   324   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin