Differensial diaqnozu nekrotik və faqedenik şankrla aparılır. Noma
(sulu xərçəng, ağız boşluğunun qanqrenası)
Əsasən infeksion və parazitar xəstəliklər keçirmiş 2-4 yaşlı zəifləmiş uşaqlarda qeyd
olunur. Tropik ölkələrdə uşaq xəstəxanalarında nomanın epidemik kəskinləşmələri
mümkündür.Xora ifrazatında Bac.perfringens, həmçinin Plaut-Vensan simbiozu tapılır;
xəstəliyin virus mənşəli olması da istisna edilmir. Xəstəlik irinli-nekrotik ağız boşluğu-
nun (sərt və yumşaq damaq, dil) yumşaq toxumalarının tez bir zamanda irinli nekrotik
dağılması,yanaqların perforasiyası,dişlərin tökülməsi ilə və bəzi hallarda qığırdaqların
və üzdə sümüklərin ağır destruksiysı ilə yekunlaşır. Tez-tez zədələnmənin ilkin ocağı
boyun,aralıq,cinsi orqanlarda lokallaşa bilər. Prossesə ağızdan üfunət iyinin gəlməsi,
çox ağır ümumi vəziyyətlə (hərarət, kəskin halsızlıq, adinamiya, mədə-bağırsaq pozun-
tuları, pnevmoniya), erkən septisemiya ilə müşahidə olunur.Müalicə vaxtında aparılma-
sa ölümlə nəticələnir.
Müalicə: Massiv antibiotik terapiyası, zədələnmə ocaqlarına qanqrena əleyhinə zər-
dabın vurulması (birinci gün 20000 vahidə qədər), sonra hər gün 10000 AV-lə 5-7 gün
ərzində;qamma qlobulin 2 ml əzələ daxilinə №4; sistemli kortikosteroid preparatları;de-
sensibilizə edici maddələr, qanın plazmasının infuziyası, polivitaminlər. Yerli-antisep-
tiklər, dezinfeksiya edici, epitelləşdirici maddələr. Tam yüksək kolorili qidalanma tələb
olunur.
Madaqaskar noması Madaqaskar noması əsasən Madaqaskar adası, ona yaxın adalarda və bəzi ərəb ölkələ-
rində uşaqlar arasında (1-7 yaş) müşahidə olunur. Xəstəlik əsasən sağlam uşaqlarda qeyd
olunur,epidemioloji olaraq təhlükəli deyil. “Klassik” nomadan fərqli olaraq bu xəstəlik
daha uzun (1,5 aya qədər) müddətli və xoş xassəli gedişata malik olması xarakterik-
dir. Yumşaq damağın selikli qişasının xoralı-nekrotk dağılması və irinli-qanlı ifrazatın
olması,dişlərin boşalması (bəzi hallarda tökülməsi),üst və alt çənələrin zədələnməsi,-
yanaqların selikli qişasının perforasiyası baş verir. Dil,qırtlaq və badamcıqlar prossesə
qoşulmur.Reqionar limfatik sistemin reaksiyası kəskin olmur.Hərarətin qalxması (38,5-
39C0), zəiflik,mədə-bağırsaq pozuntuları, ocaqlarda ağrı hissləri müşahidə olunur. Ağır
gedişat zamanı sepsis yarana bilər.Xəstəlik nəticəsində üzün dərisini eybəcərləşdirən
çapıqlar yaranır.