Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə319/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   315   316   317   318   319   320   321   322   ...   446
DERMATOLOGİYA-dərslik 1

Dəri qanqrenaları
Tropik və subtropik iqlim şəraitində dəri qanqrenaları dəri miazların, filyariatozla-
rın,dərin mikozların, frambeziomların,travmatik və başqa dəri zədələnmələrinin gedi-
şatını ağırlaşdırır.
Uşaq yaşlarının çoxsaylı qanqrenası
Uşaq yaşlarının çoxsaylı qanqrenası-ciddi yanaşı gedən əlavə patologiyası olan zəif-
ləmiş uşaqlarda müşahidə olunur. Xəstəlik gövdənin,ətrafların,az hallarda üz dərisində 
polimorf (ləkə,sudurcuq,köpüşük,pustula,papula) səpgilərin yaranması ilə başlayır. 2-3 
gün sonra elementlərin mərkəzində bozumtul,sonralar isə qonuru-qara nekrotik ləkə ya-
ranır. Proses tez inkişaf edərək dərin qartmaqlar formalaşır,bunlarda qoparıldıqda kə-
narları nahamar irinli-qanlı dibi olan xora aşkarlanır. Bir-birlərinə yaxın olan xoralar 
birləşib geniş nekroz ocaqları yaradaraq, nəticədə dərini, dərialtı toxumaları dağıdaraq 
burunun, qulaq seyvanının, barmaqların, cinsi orqanların mutilyasiyasına səbəb ola 
bilərlər. Xəstəlik kəskin ümumi toksiki sindromlu gedişata malik olur(hərarət, adina-
miya, mədə-bağırsaq pozuntuları,huşun itməsi və.s.). Septisemiyanın inkişafı ölümlə 
nəticələnə bilər.
Böyüklərin çoxsaylı qanqrenası 
Böyüklərin çoxsaylı qanqrenası birincili və ikincili olur.Xəstəlik zamanı zədələnmə 
ocaqlarınıın çoxluğu,ağır ümumi toksiki əlamətlər,sepsisin yaranması xarakterikidir. 
Böyüklərin çoxsaylı qanqrenası əsasən tropik treponematozlar,donovanozlar,filyariotoz-
lar,amerika və braziliya leyşmaniozu, miazlar,tropik qaşınan dermatozlar və s. fonunda 
yaranırlar.


435
Xarici cinsi orqanların sürətli qanqrenası 
Xarici cinsi orqanların sürətli qanqrenası ( nekrotik fassiit,Furnye qanqrenası) ola 
bilsin ki,qızılı stafilokokkların, streptokokkların, bəzi hallarda proteyinin allergik təsiri 
ilə bağlıdır. Xəstəlik hərarətin qəfil 38-39 C0 qədər artması, cinsiyyət üzvünün, xayanın 
ödemi ilə başlayır.1-2 həftədən sonra xaya toxumasının və cinsiyyət üzvünün nekrozu, 
sonrakı 2-3 həftə ərzində destruksiyası meydana gəlir. Yumurtalar prossesə qoşulmur. 
Furnye qanqrenası zamanı ölüm halı 25% təşkil edir.Vaxtında başlamış müalicəyə bax-
mayaraq,dağılmış toxuma deffektləri bərpa olmur.Qadınlarda kiçik cinsiyyət dodaqla-
rın, klitorun, aralıq, qasıq və bud nahiyələrinin zədələnməsi mümkündür.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   315   316   317   318   319   320   321   322   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin