Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə323/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   319   320   321   322   323   324   325   326   ...   446
DERMATOLOGİYA-dərslik 1

Profilaktika. 
Hünülərin sancmasından müdaifə və onların məhv edilməsi.
CƏNUBİ AMERİKA YALANÇI ZİYİLİ
Çoxlu sayda ziyilvari törəmələrin yaranması ilə səciyyələnir ki, onlar da adi pas-
toz-bərk əsası olan ziyillərdən fərqlənirlər. Cənubi Amerika ölkələrində rast gəlirlər. 
Xəstəliyin virus mənşəli olması güman edilir.
Klinik şəkil. Bədənin müxtəlif yerlərində çoxlu sayda (noxud dənəsi böyüklüyündə) 
ziyilvari törəmələr əmələ gəlir. Bəzi törəmələrin əsası dermanın dərinliyində və dərialtı 
piy toxumasında da yerləşir. İri düyünlərin ətrafında xırda qız ziyillər aşkar edilir. Ziyil-
vari törəmələrin əmələ gəlməsindən əvvəl dəri sahəsinin pastoz dəyişilməsi baş verir ki, 
sonralar onun yerində psevdoziyil meydana çıxır. Xəstəlik subyektiv hissiyyat olmadan 
və periferik qanın tərkibində dəyişiliklər nəzərə çarpmadan keçir. Bir müddətdən sonra 


438
ziyillər özbaşına spontan itirlər.
Müalicə.
Elektrokoaqulyasiya, krioterapiya, yandırıcı məhlullarla aparılır.
Profilatika.
Xəstə ilə təmas zamanı şəxsi gigiyenın gözlənilməsi.
Ainqum
Sinonimlər: amputasiya edici sklerodermiya
Ayaqların çeçələ barmaqlarının spontan quru amputasiyası olub avstraloid-neqroid 
irqinin əhalisi arasında rast gəlir. Etiologiyası məlum deyildir. Proses çox vaxt ayaqla-
rın çeçələ barmaqlarını, nadir hallarda – digər barmaqları zədələyir. Çeçələ barmağın 
əsasında bərk sklerotik bağ əmələ gəlir ki, o da tədricən (bir neçə il ərzində) barmağın 
qan təchizatının tamamilə kəsilməsinə, sümük toxumasının mutilyasiyasına və spontan 
amputasiyaya səbəb olur. Xəstəlik orta və ahıl yaşlı şəxslər arasında rast gəlir.
Müalicə.
Başlanğıc mərhələlərdə – sklerozlaşmış bağın kəsilməsi; gecikmiş mər-
hələlərdə – çeçələ barmağın cərrahi yolla amputasiyasıdır.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   319   320   321   322   323   324   325   326   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin