Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


Differensial diaqnozu nekrotik və faqedenik şankrla aparılır



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə320/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   316   317   318   319   320   321   322   323   ...   446
DERMATOLOGİYA-dərslik 1

Differensial diaqnozu nekrotik və faqedenik şankrla aparılır.
Noma 
(sulu xərçəng, ağız boşluğunun qanqrenası)
Əsasən infeksion və parazitar xəstəliklər keçirmiş 2-4 yaşlı zəifləmiş uşaqlarda qeyd 
olunur. Tropik ölkələrdə uşaq xəstəxanalarında nomanın epidemik kəskinləşmələri 
mümkündür.Xora ifrazatında Bac.perfringens, həmçinin Plaut-Vensan simbiozu tapılır; 
xəstəliyin virus mənşəli olması da istisna edilmir. Xəstəlik irinli-nekrotik ağız boşluğu-
nun (sərt və yumşaq damaq, dil) yumşaq toxumalarının tez bir zamanda irinli nekrotik 
dağılması,yanaqların perforasiyası,dişlərin tökülməsi ilə və bəzi hallarda qığırdaqların 
və üzdə sümüklərin ağır destruksiysı ilə yekunlaşır. Tez-tez zədələnmənin ilkin ocağı 
boyun,aralıq,cinsi orqanlarda lokallaşa bilər. Prossesə ağızdan üfunət iyinin gəlməsi, 
çox ağır ümumi vəziyyətlə (hərarət, kəskin halsızlıq, adinamiya, mədə-bağırsaq pozun-
tuları, pnevmoniya), erkən septisemiya ilə müşahidə olunur.Müalicə vaxtında aparılma-
sa ölümlə nəticələnir.
Müalicə: Massiv antibiotik terapiyası, zədələnmə ocaqlarına qanqrena əleyhinə zər-
dabın vurulması (birinci gün 20000 vahidə qədər), sonra hər gün 10000 AV-lə 5-7 gün 
ərzində;qamma qlobulin 2 ml əzələ daxilinə №4; sistemli kortikosteroid preparatları;de-
sensibilizə edici maddələr, qanın plazmasının infuziyası, polivitaminlər. Yerli-antisep-
tiklər, dezinfeksiya edici, epitelləşdirici maddələr. Tam yüksək kolorili qidalanma tələb 
olunur.
Madaqaskar noması
Madaqaskar noması əsasən Madaqaskar adası, ona yaxın adalarda və bəzi ərəb ölkələ-
rində uşaqlar arasında (1-7 yaş) müşahidə olunur. Xəstəlik əsasən sağlam uşaqlarda qeyd 
olunur,epidemioloji olaraq təhlükəli deyil. “Klassik” nomadan fərqli olaraq bu xəstəlik 
daha uzun (1,5 aya qədər) müddətli və xoş xassəli gedişata malik olması xarakterik-
dir. Yumşaq damağın selikli qişasının xoralı-nekrotk dağılması və irinli-qanlı ifrazatın 
olması,dişlərin boşalması (bəzi hallarda tökülməsi),üst və alt çənələrin zədələnməsi,-
yanaqların selikli qişasının perforasiyası baş verir. Dil,qırtlaq və badamcıqlar prossesə 
qoşulmur.Reqionar limfatik sistemin reaksiyası kəskin olmur.Hərarətin qalxması (38,5-
39C0), zəiflik,mədə-bağırsaq pozuntuları, ocaqlarda ağrı hissləri müşahidə olunur. Ağır 
gedişat zamanı sepsis yarana bilər.Xəstəlik nəticəsində üzün dərisini eybəcərləşdirən 
çapıqlar yaranır.


436

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   316   317   318   319   320   321   322   323   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin