Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


XXXVI. İSTİ ÖLKƏLƏRDƏ DƏRİ XƏSTƏLİKLƏRİ



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə316/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   312   313   314   315   316   317   318   319   ...   446
DERMATOLOGİYA-dərslik 1

XXXVI. İSTİ ÖLKƏLƏRDƏ DƏRİ XƏSTƏLİKLƏRİ
Tropik piodermiyalar və qarışıq bakterial infeksiyalar
Tropik mikozlar
Spesifik dermatozların gedişinin xüsusiyyətləri
Protozoy xəstəliklər zamanı dəri zədələnməsi
Helmintlərin törətdiyi dəri xəstəlikləri
Buğumayaqlıların törətdiyi dəri zədələnmələri
Zəhərli ilanlar, mollyusklar, zəli və aktiniyalarla zədələnmə
Qeyri-infeksion dermatozların klinika və gedişinin xüsusiyyətləri
Zöhrəvi xəstəliklər və endemik treponematozlar
Tropik iqlimli regionlar təbii və sosial-iqtisadi şəraitinə görə yumşaq iqlimli regi-
onlardan fərqlənir: havanın yüksək hərarəti, gün ərzində öz dəyişikliyi, yüksək rütubət, 
yüksək günəş radiasiyası, ilin iki fəslinin olması / quru yay və rütubətli qış, hava təbəqə-
sinin qanunauyğun hərəkəti xarakterikdir. Tropik bölgələrdə, gün vurması, günəşdən 
yanma və s. müşahidə olunur.
Tropik və subtropik iqlimli ölkələrdə dəri və zöhrəvi xəstəliklərinin xüsusiyyətləri 
bunlarla əlaqəlidir:
• 
iqlim şəraiti və təbii landşafta meylliliyi;
• 
sosial-iqtisadi faktorlar (natamam və kolorisiz qidalanma);
• 
əhalinin aşağı sanitar mədəniyyəti;
• 
çoxsayli bitki və heyvanlar aləmi;
• 
Avropalılardan fərqli olaraq melanogenez funksiyasının artıq olması;
• 
özünəməxsus termorequlyasiya, su-duz mübadiləsi, ifrazat, müdafiə və başqa 
dəri funksiyaları;
• 
keloid reaksiyasına meyllik;
• 
dermatoloji xəstələrin 1/3-də helmintoz və başqa infeksion xəstəliklərin olması.
Tropik piodermiyalar və qarışıq bakterial infeksiyalar
Yumşaq iqlimdə yaşayanlardan fərqli olaraq, isti ölkələr əhalisi üçün xarakterikdir:
• 
“Klassik” piodermiyaların tez-tez rast gəlməməsi və follikulitlərin, sikozun, 
hidradenitlərin yaranması zamanı kəskin iltihabi komponenetlərin zəif olması;
• 
Dağıdıcı follikulitin, akne-keloidin, uşaqlarda çox saylı miliar absseslərin, ye-
nidoğulmuşların epidemik pemfiqusunun, ektimanın, xoranın, dəri-sümük qanqrenasınn 
tez-tez müşahidə olunması;
• 
Həşəratların, gəmiricilərin dışləməsindən sonra irinli prossesin inkişaf tezliyi;
• 
Uşaqlarda və yaşlılarda ağır gedişat;
• 
Yanaşı gedən xəstəliklər (helmintozlar, xroniki infeksiyalar);
• 
Çoxformalı tropik xoralar.
Tropik piodermiyalar
Manson piozu-rütubətli tropik iqlimli ölkələr üçün xarakterikdir(törədicilər - qızılı, 
hemolitik və ağ stafilokokklardır).Əsasən yuxarı yaşlı uşaqlar,qadınlar və gəlmə avro-
palılar xəstələnirlər.Adətən iri büküşlər zədələnir(qasıq,qoltuqaltı,sağrı arası),bunların 


433
səthində periferik iltihabi haşiyəyə malik çoxsaylı düyüncüklər yaranır.Sonralar seroz 
irinli möhtəviyatlı qeyri-iri həcmli fliktenalar meydana gəlir,bunlarda deşildikdə ero-
ziya və qartmaq yaranır.Qartmaqlar qopduqdan sonra tez sorulan hiperpiqmentasiya 
qalır.Xəstənin ümumi vəziyyəti adətən dəyişmir.Hipotrofik uşaqlarda prosses universal 
xarakter daşıya bilər,bu da özünü ümumi toksiki əlamətlərlə və hərarətin yüksəlməsi ilə 
göstərir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   312   313   314   315   316   317   318   319   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin