Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə317/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   313   314   315   316   317   318   319   320   ...   446
DERMATOLOGİYA-dərslik 1

Akne-keloid (keloid sızanaqları)
Afrikalı kişilərdə ənsə nahiyəsində stafilokokk pustulalarının yerində akne keloidin 
tez-tez yaranması,avstraloid-neqroid irqli insanların keloidal diatezə konstitusional me-
yilliyi ilə əlaqələndirilir.Boyunun səthində olan follikulların və piy vəzilərinin stafilo-
kokk iltihabı nəticəsində, hamar dəri və başın tüklü hissəsinin sərhədində elementlərin 
abssesləşməsi nəticəsində onların birləşməsi və sviş yollarının yaranması müşahidə olu-
nur.Bu zaman eni 5 sm olan horizontal xətvari infiltrat yaranır.İnfiltrat dəri səthindən 
yüksəlir və sonralar dərinin keloid sərtləşməsinə və piqmentasiyaya məruz qalır.Ocağın 
yuxarı sərhədi sviş məsamələrindən çıxan saç dəstələrindən təşkil olunur.
Differensial diaqnoz
Differensial diaqnozu keloid blastomikozla aparılır,bu zaman polimorf elementlər 
(düyüncüklər,qabarcıqlar,ziyiləbənzər törəmələr)əsasən üz,baldır nahiyəsində lokali-
zasiya olur.Bu səpgi elementlərindən Glenosporella Loboi-Fonseca et Leao kulturası 
aşkarlanır. 
Tropik sızanaqlar
Sızanağa bənzər torpid gedişata malik dermatozdur.Əsasən yumşaq(soyuq) iqlim-
də(avropalılar,şimali amerikalılar) yaşayan insanların tropik ölkələrə gəldikləri zaman 
müşahidə olunur.Artıq tərləmə,maserasiya,epiteliyin deskvamasiyası nəticəsində piy 
vəzlərinin txacı yaranır, buda tropik sızanaqlarının yaranmasına səbəb olur. Xəstəlik 20 
yaşdan yuxarı insanlarda əsasən kəskin formada və bir neçə ay ərzində tropik bölgələrdə 
qaldıqdan sonra yaranır.Kürək,sinə,qarın,budlar və az hallarda üzdə yaranmış düyüncük-
lü elementlər (komedonlar) tədricən irinləşirlər, palpasiya zamanı və sabit halda ağrılı 
olurlar.Ayrı-ayrı pustulalar birləşərək fistula yolları ilə birləşən sızanaqlar konqlomeratı 
yarada bilərlər.Dəri prosesi xroniki xarakter daşıyır,reqressiyaya üğramış elementlərin 
yerində çapıqlaşma, keloidləşmə və dəri disxromiyası yarana bilər.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   313   314   315   316   317   318   319   320   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin