430
hədlərə malik olub 1-3 mm enində eritematoz haşiyə ilə əhatə olunmuşdur. Proses lokal
hiperhidrozla müşayiət olunur.
Histoloji olaraq ortohiperkeratoz, qranulyoz, akantoz, dermada – kiçik perivaskulyar
infiltrat aşkar edilir. Tüklər, dişlər dəyişilməmişdir. Dırnaqlar qalınlaşa bilər, lakin dist-
rofiyaya uğramırlar. Falanqaların osteoporozu və osteolizi, falanqalararası oynaqların
deformasiyalı artrozu, göbələk infeksiyasının ağırlaşmaları mümkündür.
Meleda keratodermiyası
Meleda keratodermiyası (irsi transqradient keratoz) irsi diffuz keratodermiyanın bir
forması olub ovuc-daban səthlərindən keratozun əllərin, ayaqların üzərinə, dirsək və diz
oynaqları nahiyəsinə (transqradient keratoz) keçməsi ilə səciyyələnir. İlk dəfə Meleda
adasında qan qohumluğu olan əhali arasında təsvir edilmişdir. İrsiyyət tipli – adətən
autosom-resessivdir. Xəstəliyin ilk əlamətləri uşaq yaşlarında ovucların və dabanların
dərisinin qabıqlanması ilə bərabər davamlı eritema şəklində meydana çıxır. Sonralar də-
rinin buynuzlaşması sürətlənir və 15-20 yaşlarda ovuclarda və dabanlarda sarı-qəhvəyi
rəngli, genişsahəli, kompakt lövhələr şəklində yerləşmiş buynuz qatlar əmələ gəlir,
eritema ocağın periferiyası boyunca bir neçə millimetr enində bənövşəyi rəngli haşiyə
formasında qalır.
Histoloji olaraq ortohiperkeratoz, bəzən akantoz, dermada – kiçik iltihabi limfosi-
tar infiltrat aşkar edilir. Lokal hiperhidroz səciyyəvidir, keratoz ocaqlarının səthi adətən
nəmdir, tər vəzilərinin çıxarıcı axacaqlarında qara nöqtələr görünür. Buynuz səhfələr
əllərin, ayaqların arxa səthinə, dirsək və diz oynaqları nahiyəsinə keçir. Onların səthində
ağrılı dərin çatlar (xüsusilə də daban nahiyəsində) əmələ gəlir. Atopik ekzema ilə birgə
rast gəlməsi, prosesin piokok infeksiya ilə ağırlaşması, dırnaqların hədən artıq qalınlaş-
ması və ya keylonixieya ilə müşayiət olunan distrofiya səciyyəvidir. EEQ-da dəyişiklik-
lər, əqli zəiflik, sindaktiliya, qatlı dil, qotik damaq aşkar olunur.
Dostları ilə paylaş: