431
çıxıntıların distrofiyası ilə müşayiət olunur. Bərk beyin qişasının kalsifikasiyası, araxno-
daktiliya, akroosteoliz də mümkündür.
Müalicə
Retinoidlər (neotiqazon, etretinat) – sutkada 0,5 mq dozada bir neçə həftə ərzində,
aevit, angioprotektorlar (teonikol, trental) təyin olunur. Xaricə: keratolitik məlhəmlər
(20%-li salisil turşusu, Ariyeviç, Uaytfeld məlhəmi), “Solkokerasal” məlhəmi, duz van-
naları, A
vitamini ilə fonoforez, 20%-li dimeksid, lazeroterapiya tətbiq olunur. Papi-
yon-Lefevr keratodermiyası zamanı müalicə antibiotikoterapiyadan və ağız boşluğunun
sanasiyasından başlanır.