Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


Müalicə. Müalicə az effektlidir; sağalma- əvvəlki iqlim şəraitinə döndükdən sonra baş verir. Kastellani- Çelmerin tropik vezikulyoz akrodermatiti



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə318/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   314   315   316   317   318   319   320   321   ...   446
DERMATOLOGİYA-dərslik 1

Müalicə.
Müalicə az effektlidir; sağalma- əvvəlki iqlim şəraitinə döndükdən sonra baş verir.
Kastellani- Çelmerin tropik vezikulyoz akrodermatiti.
Çox nadir tropik piodermitdir,rütubətli tropik iqlimi olan ölkələrdə rast gəlinir(törə-
dicilər-stafilokokk,streptokokk və bəzi piokokkların virulent ştammları). Əlin üstün-
də (az halda pəncədə) ağrılı ödem və infiltrasiya yaranır.2-3 həftə ərzində zədələnmiş 
nahiyənin dərisi göyümtül,gərgin və parıltılı olur.Zədələnmiş dəri şəffaf və ya sarımtıl 
möhtəviyatı olan çox saylı kiçik sudurcuqlarla örtülür,bunlar eyni zamanda deşilərək da-


434
irəvi formada eroziyalar yaradırlar.Sonralar eroziyalarda epitelizasiya baş verir və yerin-
də piqmentləşmə gedir.Səpgilərin sabitləşməsi ilə birlikdə,dərinin şişkinliyi və sərtliyi 
azalır,subyektiv əlamətlər itir.Müvafiq (rasional) müalicə aparılmadıqda sudurcuqların 
residivləşməsi, əl və bəzən ayaqda fillilik əlaməti yarana bilər.Bir çox hallarda xəstəliyin 
gedişatı uzana bilər.Bu zaman bir neçə dalğa sudurcuqların yaranması müşahidə olunur.
Təkrarlanan residivlərdən sonra və rasional müalicə aparılmadıqda əllərin (və ya pəncə-
nin) filliliyə meylliyi yaranır.
Differensial diaqnozu loaoz zamanı ödemlə, erizipeloidlə aparmaq lazımdır.
Tropik piomiozit (tropik dermatomozit)
Dərin tropik piodermiyanın formasıdır.Tropik piodermiyada dəri,dərialtı piy toxu-
ma və yaxın yerləşən toxumalar zədələnir(törədici-əsasən stafilokokk). Xəstəlik qəfil 
titrətmə, qızdırma(39 C0 və yuxarı), baş ağrıları, aşağı ətrafın əzələ ağrıları ilə başlayır. 
Zədələnmiş əzələ nahiyəsinin dərisi ödemli, hiperemiyalı, gərgin və palpasiya zamanı 
ağrılı olur. Əsasən bərkləşmiş əzələ nahiyəsində bir həftədən sonra yumşalma və fluktu-
asiya yaranır(bəzi hallarda bir neçə ocaq qeyd olunur). Sonralar absseslər spontan açı-
laraq böyük xoralar yaranır. Zəifləmiş insanlarda güclü antibakterial terapiya və cərrahi 
müdaxiləsiz, xəstəlik çox ağır gedişata malik olur və ölümlə nəticələnə bilər.
Differensial diaqnoz karbunkul,qummoz xora,leyşmanioz,dərin mikozlar,dermato-
miozit və dərin flebitlərlə aparılır. 

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   314   315   316   317   318   319   320   321   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin