440
mış valcıqlı (nəlbəki şəklində) və infiltrasiyalıdır. Şəffaf və ya hemorragik möhtəviyya-
tı olan qovuqlar əmələ gəlir. Pustulizasiya, yüksək temperatur, titrəmə əlamətləri nəzərə
çarpmır. Regonar limfadenit, limfangit mümkündür. Xəstəliyin davametmə müddəti 2-3
həftəyə qədər uzanır. Oynaq simptomatikası (artrit əlamətləri, ağrılı, xronik gediş zama-
nı – oynaqların deformasiyası) mümkündür.
Diaqnoz anamnez məlumatlarına, klinik şəklinə əsaslanaraq və törədicinin kultura-
sını əldə etdikdə qoyulur.
Qızılyel xəstəliyi («alov dilləri», qovuqlar, intoksikasiya), dolama (panarisium, irin-
ləmə əlamətləri), həqiqi ekzema (sulanma əlamətləri) ilə diferensiasiya edirlər.
Müalicə:
penisillin 1 mln vah. ə/d sutkada 4 dəfə 5-7 gün ərzində, yaxud eritromitsin
0,25 q daxilə sutkada 4 dəfə 5-7 gün ərzində təyin olunur.
Dostları ilə paylaş: