442
TROPİK MİKOZLAR
İsti ölkələrdə olduqca geniş yayılmışlar, çünki orada:
•
yüksək temperatur və rütubətli hava vardır ki, bu da termostat şəraiti yaradır;
•
çoxlu sayda bitkilərin olması və onların saprofit göbələklərlə yoluxmaları;
•
əhalinin müxtəlif baş geyimlərindən istifadə etmələri;
•
ənənəvi olaraq saçlara müxtəlif yağlar, turş tərkibli məhsullar sürtülməsi;
•
əhalinin sanitar mədəniyyətinin aşağı səviyyədə olması.
Tropik ölkələrdə göbələk xəstəlikləri üçün aşağıdakı cəhətlər səciyyəvidir: yerli əha-
linin və gəlmə şəxslərin yoluxma tezliyinin yüksək olması, yüksək kontagiozluq (yolux-
duruculuq), zədələnmələrin geniş sahəni əhatə etməsi, xəstəliyin uzun müddət davam
etməsi.
Keratomikozlar
Dostları ilə paylaş: