449
Diaqnoz:
klinik əlamətlərin olması, bioptatın
histoloji müayinəsinin , qanın yax-
malarının mikroskopiyasının, limfa düyünlərinin punksiyasının
nəticələrinə,
seroloji
müayinələrin (PZR, KBR, boyayıcı ilə reaksiya) cavablarına əsasən qoyulur, həmçinin
toksoplazminlə dəri daxili sınaq da aparılır.
Müalicə:
daha çox pirimetamin( tindurin, xloridin) sulfanilamid preparatları ilə bir-
gə işlənir: pirimetamin 0.1-0.2 q gündə iki dəfə 2 gün ərzində, sonra 0.025 q. daxilə
gündə bir dəfə 4-5 həftə ərzində; sulfadiazin sutkalıq 4-6 qram gündə 4 dəfə 4-5 həftə.
Son illər qanyaranmanın zəifləməsinin profilaktikası kimi pirimetamini (birinci sutka
0.2 q, sonra 0.1 q gündə bir dəfə) klindamisin (0.45q daxilə gündə 3 dəfə və ya 0.6q
venadaxili gündə 4 dəfə) və kalsium folinatla(0.01 q daxilə gündə bir dəfə) birgə təyin
etməyi məsləhət görürlər.
Dəri amöbiozu
Törədicisi- Entamoeba histolytica-dır. Adətən ikincili proses kimi qaraciyər absesi,
bağırsaqdan törədicinin autoinokulyasiyası və ya infeksiya materialı ilə birbaşa kontakt
nəticəsində inkişaf edir. Perianal və aralıq nahiyələrində, sağrıda, nadir hallarda ayaq və
gövdədə, üzdə serpiqinoz eroziya və xoralar əmələ gəlir. Xoralar dərin, az ağrılı, kənar-
ları qaralmış, nekrotik dibli və xoşa gəlməz qoxulu olur. Elementlər iki il və daha artıq
qala bilirlər.
Dostları ilə paylaş: