447
dodaqların, burunun, ağzın, udlağın, qırtlağın, uşaqlıq yolunun selikli qişası da cəlb olu-
naraq zədələnir və özünəməxsus simptomatika ilə inkişaf edir. Qığırdaq və sümük mu-
tilyasiyası aşkar edilir ki, onlar da şikəstliyə səbəb olur.
Sudan (Misir) dəri leyşmaniozu (törədici – L.nilotica). Adətən bədənin açıq sahələ-
rində hünülərin sancmasından sonra əmələ gələn elementlər lentikulyar papula xarak-
terində olurlar, onlar çox tezliklə (1-2 aydan sonra) göyümtül-qırmızı iltihabi haşiyəsi
olan ağrılı düyünlərə (nadir hallarda xoraya) çevrilirlər. Sonra düyünlərin ətrafındakı
perifokal iltihab tədricən itir, elementlər qabıqlanma ilə bərabər geriyə sorulmağa başla-
yırlar. Düyünlərin residivləşən bərkiməsi xarakterdir və onların yerində adətən keloid
şəkilli şişəbənzər törəmələr əmələ gəlir. Keloidşəkilli düyünlər heç bir subyektiv hisslər
yaratmadan uzun müddət qala bilər. Xəstələrin ümumi əhvalı adətən pis deyildir, limfa
sistemi prosesə cəlb olunmur; selikli qişaların nadir hallarda zədələnməsi toxumaların
dağılmasına və onların deformasiyasına səbəb olmur.
Dəri leyşmaniozunun digər formaları: efiop (həbəş, 2-3 il ərzində); cüzamabənzər
(Boliviya, Venesuela) cüzam zamanı əmələ gələn diffuz dəri infiltratlarını xatırladır.
Cüzam
Xəstələrin əksəriyyəti Hind-Çin, Asiya, Latın Amerikası ölkələrində, Afrika qitəsin-
də qeydə alınır. Klinik şəkil və gedişi xəstəliyin təsvir olunmuş «klassik» əlamətlərinə
müvafiqdir. Endemik zonalarda spesifik diaqnostik metodlardan və testlərdən istifadə
etməklə cüzamlı xəstələrin erkən aşkar edilməsi mühüm rol oynayır.
Dəri vərəmi
Vərəm qurdeşənəyi daha xoşxassəli gedişə malikdir; çox vaxt dəri vərəminin ziyil-
vari forması rast gəlir.
Dostları ilə paylaş: