Diaqnostika:
pyedra, trixoreksis, moniletriks, qasıq və paltar bitləri ilə aparılır.
Müalicə:
tüklərin qırxılması, zədələnmə ocaqlarının 0,1%-li süleymani məhlulu,
2%-li formalin və 700–li spirt, 2%-li salisil spirti, 1%-li yod məhlulu ilə işlənməsi.
Profilaktika:
şəxsi gigiyena qaydalarının gözlənilməsi, həddən artıq tərləmə ilə mü-
barizə.
Epidermomikozlar
Rubrofitiya tropiklər və subtropiklər şəraitində tüklər də cəlb olunmaqla dəri örtü-
yünün yayılmış, bəzən universal zədələnməsi ilə səciyyələnir.
Trixofitiya isti ölkələrdə olduqca geniş yayılmışdır. Təkcə uşaqlar deyil, həm də
böyüklər də xəstələnirlər, onlarda tək hamar dəri deyil, həm də başın tüklü hissəsi zə-
dələnir. Xəstəlik bir sıra hallarda torpid gedişi ilə fərqlənir və müalicəyə çətin tabe olur.
Dərin generalizə olunmuş trixofitiya – xronik trixofitiyanın bir forması olub pa-
togenezinə və klinik əlamələrinə görə dərin tropik mikozlara oxşardır. Cinsi yetkinlik
dövrünə qədər dəridə yayılmış mikotik prosesin eritrodermiyaya keçməsi, ovucların və
ayaqların altının kəskin hiperkeratozu, başın tüklü hissəsinin zədələnməsi, onixomikoz-
ların olması ilə fərqlənir. Cinsi yetkinlik dövründə dərində yerləşmiş toxumaların və
daxili orqanların qranulematoz zədələnmələri, septisemiya müşahidə olunur, ensefalitlər
və meninqoensefalitlər, dabanların misetoması, limfa düyünlərinin, qaraciyər və dalağın
zədələnməsi nəzərə çarpır. Zədələnmiş toxumalardan əsasən Tr.violaceum, Tr. Schonle-
inii aşkar edilir.
Favus çox vaxt yayılmış xarakter kəsb edir. Xəstələnmə halları çox yüksəkdir, trixo-
fitiya səviyyəsində olur.
Mikrosporiya adları çəkilən epidermomikozlarlarla müqayisədə az rast gəlir, xoşxas-
səli gedişi ilə fərqlənir.
Kandidozlar. Ən çox rast gələn törədici – Candida tropicalis dəridə, selikli qişalarda,
daxili orqanlarda aşkar edilir. Mülayim iqlim qurşaqlarının sakinləri ilə müqayisədə tro-
pik ölkələrdə kandidozların yayılmasına iqlim şəraiti əlverişli təsir göstərir.
Kif göbələkləri isti ölkələrdə kifayət qədər tez-tez rast gəlir və kif göbələkləri - As-
pergillus, Penicillium, Acremonium, Nocardia, Cladosporium və s. tərəfindən törədilir.
Dərin mikozlar – xronik və davamlı sürən mikozlardır, dərini, selikli qişaları, dərialtı
toxumanı və dəridə yerləşmiş toxumaları, daxili orqanları, bəzən MSS-ni zədələyirlər.
Çox vaxt Cənubi Amerika blastomikozu, misetoma, sporotrixoz, koksidioidoz, histop-
lazmoz rast gəlir.
Dostları ilə paylaş: |