Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


Müalicə: «Kirəmitşəkilli mikoz» da olduğu kimidir. Qara dəmrov



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə331/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   327   328   329   330   331   332   333   334   ...   446
DERMATOLOGİYA-dərslik 1

Müalicə:
«Kirəmitşəkilli mikoz» da olduğu kimidir.
Qara dəmrov
Dərinin səthi göbələkşəkilli zədələnməsi olub, adətən ovuclarda və ayaqların altında
qabıqlanmayan tünd-qəhvəyi və ya qara rəngli ləkələrin yaranması ilə təzahür edərək 
subyektiv hissiyyat yaratmır. Xəstəlik kontagiozdur. Törədicisi kif göbələyi Exophiala 
werneckii-dir. Xəstəliyin inkişafına əlverişli şərait yaradan amillər: tropik iqlimdir. İn-
kubasiya dövrü bir neçə həftədən bir neçə illər davam edir. Ovucların və əl barmaqları-
nın yan səthlərinin dərisi, həmçinin ayaqların altı prosesə cəlb olunur. 
Klinik şəkil:
göstərilən sahələrdə xırda qonur və ya qara ləkələr əmələ gəlir, onlar 
tədricən periferiyaya doğru böyüyərək və daha iri ocaqlar şəklində birləşirlər, polisiklik 
sərhədlər əmələ gətirirlər. Ləkələr sahəsində dərinin qabıq verməsi adətən lupa vasitəsilə 
müayinə zamanı aşkar edilir.
Diaqnostika:
klinik şəklin, mikroskopik və kultural müayinənin əsasında aparılır.
Differensial diaqnoz melanoma, piqment nevusları, lentiqo ilə aparılır.
Müalicə:
yerli antimikotiklərdən istifadə olunur.
Profilaktika:
dispanser müşahidəsi həyata keçirilir.
Tropik ağ dəmrov
Tropik ağ dəmrov əsasən ətraflarda simmetrik polimorf səpgilərin yaranması ilə sə-
ciyyələnir, reqressiyadan sonra qeyri-hamar və ya qəribə formalarda kifayət qədər da-
vamlı piqmentasiya sahələri qalır. Törədicinin Trichophyton albicans Niewenhuis olma-
sı güman edilir.
Xəstəliyin inkişafına əlverişli şərait yaradan amillər: bədən gigiyenasına əməl olun-
maması, yüksək tərləmə, dərinin maserasiyası, iqlimin yüksək rütubətli olması. Çox 
vaxt Cənub-Şərqi Asiya ölkələrinin əhalisi xəstələnir.
Klinik şəkil:
ovuclarda, dabanlarda, baldırlarda, az hallarda said nahiyəsində qa-


444
şınan eritematoz-papulyoz səpgilər əmələ gəlir, onlar sürətlə seroz-irinli mövhtəviyyatı 
olan qovuqcuqlara çevrilirlər. Pustulyoz elementlərin böyük qismi deşilir, soyulan epi-
dermisin ağımtıl periferik kənarları olan eroziyalar əmələ gətirirlər. Elementlər bu şəkil-
də uzun müddət (aylar, illər) qala bilər. Səpgilərin ləng reqressiya prosesi xırda depiq-
mentasiya sahələrinin yaranması ilə müşayiət olunaraq birləşir və polisiklik sərhədlərə 
malik ocaqlar əmələ gətirirlər – onlar da dərinin qara fonunda ala-bəzək şəkil alırlar. 
Kseroz halları, hiperkeratoz ayaqların altında uzun müddət sağalmayan çatların yaran-
masına səbəb olurlar. Dırnaq lövhəciklərinin zədələnməsi də mümkündür. 
Müalicə:
sistem antimikotikləri; kəskin pustullaşma zamanı antibiotikoterapiya, 
yerli olaraq – rəngləyici maddələrin (anilin boyaları) applikasiyası təyin edilir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   327   328   329   330   331   332   333   334   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin