Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə328/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   324   325   326   327   328   329   330   331   ...   446
DERMATOLOGİYA-dərslik 1

Müalicə:
xəstələrin izolyasiyası; sulfatiazol 1 q dozada daxilə sutkada 6 dəfə 25-30 
gün ərzində; tetrasiklinlər, streptomitsin təyin olunur.
Profilaktika:
baytarlıq nəzarəti, xəstə heyvanların aşkar edilməsi və məhv edilməsi; 


441
xəstə şəxslərin izolyasiyası; sanitar mədəniyyətin yüksəldilməsi, şəxsi və ictimai profi-
laktika tədbirlərinin həyat keçirilməsi.
Tulyaremiya
Xronik yoluxucu xəstəlikdir. İsti ölkələrdə rast gəlir. Törədicisi Pasteurella tularensis
- qram-mənfi spor əmələ gətirməyən kokkobasillərdir, endotoksin ifraz edirlər. İnfeksi-
yanın yayılmasında gəmiricilər iştirak edirlər; bitlərin, birələrin, gənələrin dişləməsi za-
manı ötürülür; yoluxma tənəffüs yollarından və həzm yolundan baş verə bilər. Periodik 
epidemik kəskinləşmələr qeyd olunur.
Klinik şəkil:
törədicinin daxil olduğu yerdə adətən 1 həftə ərzində üzdə, boyunda, 
əllərdə nekrozlaşan və xoralaşan düyün əmələ gələrək kənarları yumşaq olan xoraya 
çevrilir. Xoranın əmələ gəlməsi limfangit və regionar limfadenit ilə müşayiət olunur. 
Limfa düyünləri irinləşərək deşilir (yaxud bərkiyir və böyüyürlər) və fistullar əmələ 
gətirir. İrinləyən düyünlər limfangit boyunca əmələ gələ bilər. Xəstəliyin əvvəlində 
titrəmə, qızdırma, baş ağrısı nəzərə çarpır. Xarakterik tulyaremidlərin - çoxformalı eks-
sudativ eritemanı xatırladan simmetrik polimorf səpgilərin yaranması səciyyəvidir. Tul-
yaremiyanın xoralı-vəz formasından başqa, göz-bubon, angioz-bubon, vəz, ağciyər və 
generalizə olunmuş (törədicinin daxil olduğu yerdə birincili xora yaranmır) formaları da 
rast gəlir. Tulyaremiyanın bu müxtəlif formalarında ümumi toksik əlamətlər və yayılmış 
toksik-allergik səpgilər daha çox nəzərə çarpır.
Gedişi: 
xroniki, əsas etibarilə xoşxassəlidir; letal nəticələr isə vəz formasının ağır 
gedişində mümkündür.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   324   325   326   327   328   329   330   331   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin