Manqo (Sap) Ağır infeksion xəstəlikdir. Manqo ilə xəstə heyvanlarla (atlar, uzunqulaqlar, qatır,
zebra) təmasda olan şəxslər xəstələnirlər. Asiyada, Afrikada, Cənubi Amerikada rast
gəlir. Törədicisi Pseudomonas mallei – qram-mənfi çöplərdir, Kox mikobakteriyalarına
bənzəyir. İnsanın yoluxması xəstə heyvanlara qulluq etdikdə dəri örtüklərinin və selikli
qişaların tamlığı pozulduqda baş verir.
Manqonun kəskin forması. Törədicinin daxil olduğu yerdə (üz, burun nahiyəsi, yuxa-
rı ətraflar) 3-5 günlük inkubasiya dövründən sonra ağrılı kəskin iltihablı düyün əmələ
gələrək tezliklə xoraya çevrilir və limfangit və regionar limfadenitlərlə müşayiət olunur.
Qızdırma, kəskin zəiflik, əzələ və oynaq ağrıları, mədə-bağırsaq pozğunluqları müşa-
hidə edilir. Çoxlu sayda pustula, qovuqcuq, xoralaşan düyünlər meydana çıxır ki, onlar
da təkcə dərini deyil, həm də əzələləri zədələyir. Burunda əmələ gələn oxşar səpgilər
tənəffüsü çətinləşdirir və tənəffüs yollarının selikli qişasına yayılır. Bronxopnevmoni-
ya inkişaf etdikdə letal nəticə ilə başa çatır. Xronik formada düyünlər dəridə və daxili
orqanlarda əmələ gəlir; prosesə ağciyərlər, oynaqlar, sümüklər də cəlb olunur. Düyünlər
uzun müddət sağalmır, serpinqləşən xoraya çevrilir, fistullu yollar əmələ gəlir. Bu forma
illərlə uzana bilər və dövri şəkildə kəskinləşir. Prosesin növbəti aktvləşməsi nəticəsində
ölüm baş verə bilər. Septik forma: çoxlu sayda nekrotik dəri absesləri, çoxlu polimorf
səpgilər nəzərə çarpır; sinir sisteminin (meningitlər), oynaqların (artritlər) zədələnməsi
daha çox qeyd olunur, hepatosplenomeqaliya baş verir, sinusitlər, faringitlər, pnevmoni-
ya inkişaf edir. Letal nəticə 90% hallarda baş verir.
Diaqnostika: klinik-epidemioloji məlumaların; dəridəki səpgi elementlərindən ha-
zırlanmış preparatlarda və qanda törədicinin aşkar edilməsinin; törədicinin kulturasının
əldə ounmasının əsasında aparılır.
Furunkullarla, səpginin yayılması mərhələsində – təbii çiçək, pustulyoz və vezikul-
yoz sifilidlərlə diferensiasiya edirlər.