Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə339/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   335   336   337   338   339   340   341   342   ...   446
DERMATOLOGİYA-dərslik 1

Dəri sistiserkozu
İsti ölkələrdən əlavə, xəstəliyə mülayim iqlimli ölkələrdə də rast gəlmək olur. Pis 
emal olunmuş ev heyvanlarının əti vasitəsilə orqanizmə daxil ola bilir. İt və pişiklərdən, 
yuyulmamış, helmint yumurtaları ilə yoluxmuş meyvə və tərəvəzlərdən də yoluxmaq 
olar. İnsan orqanizminə daxil olub (aralıq sahib) öz inkişaf tsikllərini edərkən sistiserklər 
əzələ, dəri və dərialtı toxuma, baş beyin, görmə orqanında rast gəlinə bilər. Gövdənin 
dərisində, bəzən başqa yerlərdə də parazit ətrafında tək- tək və ya çoxlu miqdarda yumru 
və ya oval formalı, hərəkətli, bərk konsistensiyalı, ağrısız, uzun illər qala bilən şişəbən-
zər törəmələr formalaşır. Tədricən düyünlər sorula bilər və ya onların yerində fibroz və 
kalsifikasiya inkişaf edə bilər.
Diaqnostika: 
biopsiya və ya düyünün punktatında skoleks və tipik sistiserk qarmaq-
ları tapılır; dəri testləri və KBR aparılır.
Müalicə: 
teniarinxoz- prazikvantel 20 mq/kq daxilə birdəfəlik və ya niklozamid, fe-
nasal, dixlosal, trixlosal, balqabaq tumu, ayıdöşəyi ekstraktı; tenioz- prazikvantel 5 mq/
kq daxilə birdəfəlik və ya niklozamid.
Tək- tək elementlərin açılması, içərisindəkinin səliqə ilə xaric edilməsi (əks təqdirdə 
dərinin qonşu sahələrinə disseminasiya baş verə bilər).
Exinokokkoz
Törədiciləri qaraciyər və ağciyərləri zədələyən Echinococcus granulosus-dur. Sistlər 


451
dəridə müxtəlif ölçülü qeyri-iltihabi, yumşaq, hərəkətli və ağrısız düyünlər əmələ gəti-
rir. Düyünlər bir neçə il qaldıqdan sonra petrifikasiyaya məruz qalırlar.
Müalicə.
Albendazol 0.4 mq daxilə qida ilə, 28 gün. PAİR metodikası: Punksiya, 
kistanın daxilinin aspirasiyası, skolisid agentin (hipertonik məhlulun) inyeksiyası, reas-
pirasiya.
Profilaktika prazikvantel preparatı ilə.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   335   336   337   338   339   340   341   342   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin