459
GİRUDİNOZ
Bu, durgun su hövzələrində, cəngəlliklərdə, yaş otun üzərində və bataqlıqda ayaq-
yalın gəzdikdə zəlinin dəriyə yapışması nəticəsində baş verir. Tibbi zəlinin dişləməsi az
ağrılıdır. Çünki onun tüpürcək vəzisinin sekretində anesteziyaedici maddə var. Tropik
zəlinin dişləməsi yanğı və kəskin ağrı verir. Gec sağalan və qanayan yara əmələ gəlir.
İkincili infeksiyanın qoşulması nəticəsində abses və fleqmonalaşa bilər. Sensibilizasiyalı
insanlarda urtikar, bulloz, nekrotik səpgilər və anfilaktik reaksiya ola bilər.
Dostları ilə paylaş: