Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə346/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   342   343   344   345   346   347   348   349   ...   446
DERMATOLOGİYA-dərslik 1

Tarantulanın
dişləməsi qorxulu deyil. Onun dişlədiyi yerdə ancaq yerli reaksiya 
(eritema, şişkinlik) müşahidə olunur.
Qarıncıqlı gənə
dənəvari qoturluq əmələ gətirir. Bu gənə samanda, buğdada, köhnə 
skirddə, döşəkdə olur. Gənə insanı dişlədikdən sonra güclü qaşınan, qırmızımtıl, pus-
tulizasiyaya meylli kiçik papula və ya papulo-vezikulalar əmələ gəlir. Adətən 2 həftə 
ərzində autosanasiya baş verir. Epidemik ocaqların alovlanması mümkündür.
Qırmızı bədənli gənənin
sürfələri (lobyada, qırmızı qarağat kollarında, krejovnikdə, 
dənli bitkilərdə yaşayır) insana tarlada, bostanda, meşədə, olarkən tük follikullarının ağ-
zına düşür. Bir neçə saatdan sonra gənənin yapışdığı yerdə kiçik şişkin eritema, papula 
və ya qovuqcuq, bəzən kiçik nöqtəvari petexiya və limfadenitin inkişafı mümkündür. 
Adətən bədənin açıq hissələri zədələnir. Gənəni çıxardıqdan sonra səpgi elementləri qısa 
müddətdə reqressiya edir. Paraziti lupa vasitəsilə asanlıqla aşkar etmək olur: tük folliku-
lunun ağzında qırmızı dənəcik şəklində görünür.
Arqas gənələri (uzunluğu 2 sm-ə qədər) vəhşi və ev heyvanlarında, quşlarda parazit-
lik edir. Gənənin (Ornithodorus) dişləməsindən 2 gün sonra, ağrı və radial şəkildə yayı-
lan eritema, şiş əmələ gəlir. Elementin mərkəzində nöqtəvarı hemorragiya və ya papula 
(vezikulopustula) görünür. Sonrakı 2-3 gün ərzində iltihab genişlənir, ümumi vəziyyət 
pozulur, yayılmış urtikar və bulyoz səpgi əmələ gəlir. Səpginin reqresi yavaş gedir (4-5 
həftə).
Qamaz gənələri quş və gəmiricilərdə parazitlik edir. Gənənin dişləmə yerində (bədən 
və ətraflar) kəskin ağrı, yanğı hissi, qaşınma və ətrafında eritematoz ləkələr, papulo- ve-
zikulalar və urtikarilər yaranan hemorragik ləkə əmələ gəlir. Yüksək həssaslıq olduqda 
səpgi yayılmış xarakter alır, qaşınma və piodermik elementlərlə müşaiyət olunur. Adətən 
ağırlaşma olmadıqda 3-4 günə reqres edir.
İksod gənələri (adətən “it gənəsi”, ağackəsən böcək adlanır) insan və heyvanların 
qansoran parazitləridir. Gənə dişlədikdən bir neçə saat sonra, dişləmə yerində ağrısız 
eritematoz ləkələr əmələ gəlir. Bu ləkənin ölçüləri tədricən böyüyür, sonra ekssentrik 
böyüyən (15-20 sm diametrdə) eritema şəklini alır. Bu eritema al- qırmızı rəngdə, şişkin, 
qaşınandır. 2-3 həftədən sonra sağalma baş verir. Dişləmə apparatı vasitəsilə gənələr 
xarici cinsiyyət üzvlərinin, oynaqların, qarnın, sağrının dəri qırışlarına daxil olur.
Vəzi gənələri tük follikullarında, üzün piy vəzilərində, eşitmə keçəcəyində, kipriklər-
də, döş vəzilərində və cinsiyyət orqanlarında parazitlik edir. İnsanda 2 növü aşkar edilib: 
Demodex follikulorum və Demodex brevis (0.2-0.3 mm uzunluqda). Onlar iyəbənzər 
formada olub, qısa ətraflara və deşici ağız üzvünə malikdirlər. Bu gənələr heyvanlarda 
demodekoz, insanlarda isə rozaseyaya bənzər və perioral dermatitlər (ən çox qadınlarda), 
blefarit, xarici otit törədirlər. Bir çox insanlar demodeksin simptomsuz daşıyıcılarıdır.


457
Yataq taxtabitiləri insanın dərisini zədələyir. Onların dişlədiyi yerdə (əllər, boyun, 
sinə, xarici genitali, sağrı) qırmızı qaşınan ləkə, perifokal eritemalı papula və ya köpüşük 
əmələ gəlir. 2-3 elementdən ibarət 1 xətt üzrə yerləşmiş səpgi qrupunun əmələ gəlməsi 
xarakterikdir. Sensibilizə olunmuş insanlarda papulyoz övrə tipli yayılmış dəri reaksi-
yası, qovuqcuq və qovuğun əmələ gəlməsi müşahidə olunur. Ağırlaşmamış hallarda ele-
mentlər bir neçə günə çəkilir.
“Öpüşən” taxtabitilər insanın dərisinin selikli qişaya keçən yerini (dodaq və burun) 
dişləyir. Dişləmə yerində mərkəzdə nöqtə olan papulyoz səpgi, herpesvarı yerləşmiş ve-
zikulalar, qəhvəyi rəngli yayılmış urtikarilər, elecə də hemorragik və bulloz elementlər 
qeyd olunur.
Bitlər (baş, paltar, qasıq) insanın qansoran parazitləridir. Bitlilik insanın sanitar- gigi-
yenik rifahının qeyri- qənaətbəxş olmasının göstəricisidir. ABŞ- da hər il 6-10 mln uşaq 
pedikulyozla xəstələnir. Bu xəstəlik Afrika və digər isti ölkələrdə geniş yayılıb.
Kəpənək qurdları insanın dərisinə düşdükdə dermatit əlamətləri yaradır. Tırtılın düş-
düyü yerdə 10- 20 dəqiqədən sonra yanğı və qaşınma hissi, şişkinlik- eritematoz zolaq 
yaranır. İnsan həmin yeri qaşımaqla tırtılın tükcüklərini başqa yerə də keçirir və orada 
yeni ləkəli və urtikar elementlər əmələ gəlir. Dermatit adətən 1-2 həftəyə reqressiyaya 
uğrayır. Tırtılla təkrar təmas zamanı və həssaslıq olduqda ləkəli bulloz səpgi əmələ gəlir, 
xəstəliyin gedişi uzanır. Müalicə simptomatikdir.
Dərinin bəzi böcəklərlə zədələnməsi böcəyin bədənindəki toksiki mayenin əzilməsi 
nəticəsində dəriyə sürtülməsindən baş verir. Gün ərzində dəridə eritema şəklində cavab 
təmas dəri reaksiyası baş verir. Şiş, müxtəlif forma və böyüklükdə qovuqlar (periferik 
böyüməyə meylli) əmələ gəlir. Cüzi qaşınma olur. 2 həftə ərzində səpgilər keçib gedir.
Birənin (məməlilərdə, quşlarda parazitlik edir) dişlədiyi yerdə qaşınma, daha sonra 
ləkə, papula, mərkəzində hemorragik nöqtə olan köpüşük və ya qovuqcuq əmələ gəlir. 
Orqanizmin güclü allergizasiyası şəraitində papula, urtikarilər, güclü qaşınma ilə mü-
şaiyət olunan çoxformalı eritema şəklində elementlər meydana çıxır. Səpgi daha çox 
baldır, sağrı və əllərdə olur. Amerika, Afrika və Asiyada bəzən tunqiaz (sarkopsilyoz) 
xəstəliyinə rast gəlinir. Bu xəstəliyi qum (torpaq) birələri törədir. Bu zaman cinsiyyət 
üzvlərində, perianal sahədə, baldır və əllərdə əvvəl ləkələr, sonra mərkəzində pustula 
olan qaşınan düyüncüklər, düyünlər, nekrotik xoralar, abseslər, limfangitlər, limfade-
nitlər əmələ gəlir. Septisemiya, bəzən tetanus, qazlı qanqrena, barmaqların öz- özünə 
amputasiyası da baş verə bilər.
Çoxayaqlılar arasında insan üçün təhlükəlisi otyeyən cütayaqlılar və yırtıcı dodaqa-
yaqlılardır. Birincilər pis qoxulu maye ifraz edir. Bu maye gözü, dərini(yanğı hissi, ağrı, 
qızartı, şişkinlik, köpüşük) zədələyir. Dodaqayaqlıların ifraz etdiyi zəhər ən çox aşağı 
ətraflarda ağrı, şişkinlik, purpura əmələ gətirir.
Müalicə: paraziti çıxarmaq lazımdır ki, ikincili infeksiyanın qarşısı alınsın. Geniş in-
vaziyada tiabendazol 25mq/kq- sutkada və ya albendazol 400mq/sutka 3 gün müddətinə.
Arı, eşşək arısı, qarışqa dişləməsinə tez-tez rast gəlinir. Adətən yandırıcı ağrı, eri-
tema və dərinin yerli şişkinliyi ilə müşaiyət olunur. Əgər arının iynəsi çıxarılmasa, diş-
lədiyi yerdə uzun müddət qoz böyüklüyündə qranulematoz düyün qala bilər. Dişləməyə 
qarşı yüksək həssaslıq olarsa, yarım saat ərzində angionevrotik ödem, övrə, hətta sistem 
pozğunluğuna belə səbəb ola bilər. Təkrar dişləmə nəticəsində hemorragik səpgi ilə mü-


458
şaiyət olunan ağır reaksiya baş verə bilər.
Qoşa qanadlıların (ağcaqanad, moskit, cücü, qansoran milçək) dişləməsi nəticəsin-
də yüngül ağrı, eritema, köpüşük və gün ərzində qaşınan papula formalaşır. Sensibilizə 
olunmuş xəstələrdə urtikar reaksiyalar, papulyoz və vezikulo- bulyoz səpgilər əmələ gə-
lir. Phlebotomus dermia cinsindən olan moskitlərin dişləməsindən sonra flebotodermiya 
və yara əmələ gəlir.
Miazlar qan sormayan ikiqanadlıların qurdvari sürfələri tərəfindən törədilir. Səthi və 
dərin, obliqat və fakultativ miazlar ayırd edilir.
Səthi miazları açıq irinləyən zədə və yaralara yumurta qoyan milçəklər törədir. İn-
kişaf edən sürfələr yaranın eksudatı ilə qidalanır. Dərin miazları volfram milçəklərinin 
sürfələri törədir. Bunlar dərini, dərialtı toxumanı və selikli qişaları zədələyir. Sürfələr 
nekrozlaşmış və sağlam toxumalarda qidalanaraq, xora və dərin yollar əmələ gətirir.
Kordilobiazda (Afrika miazında) ən çox uşaqlarda düyünlər, xora və abses əmələ 
gəlir.
Dermatobiaz (Cənubi Amerika miazı) şişvari iltihab və səthində fistulyoz dəliklər 
olan dərialtı abseslərlə xarakterizə olunur.
Mozalanın sürfələri “xətvari miqrasiya edən miaz” əmələ gətirərək, dəriyə nüfuz edir 
və orada dolayı yollar əmələ gətirir.
Müalicəsi: sürfələri çıxarmaq. Furunkulabənzər törəmələrə vazelin sürtdükdə sürfələr 
öz ekoloji yuvasını tərk edir. Qoşa qanadlılar dişlədikdə, müalicə simptomatikdir.
Profilaktika: ictimai və şəxsi gigiyena tədbirləri, repellentlərdən istifadə.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   342   343   344   345   346   347   348   349   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin