Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə343/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   339   340   341   342   343   344   345   346   ...   446
DERMATOLOGİYA-dərslik 1

FİLYARİATOZLAR
Filaridae ailəsindən olan nematodlar tərəfindən törədilən xəstəlikdir. Əsasən tropik 
ölkələrdə rast gəlinir. Əhalinin çox hissəsini xəstələndirir (məsələn, Hindistanın okean 
sahillərində 70%-ə qədər). 
İnfeksiyanın mənbəyi- filyariatozla xəstə insan. Aralıq sahib və parazitin sürfələrinin 
(mikrofilyariyalar) daşıyıcısı- ağcaqanadlar, bəzi moskitlər, cücülər. İnsanı dişlədikdən 
sonra mikrofilyariyalar qan axını ilə yayılır və qapalı boşluqlarda (döş qəfəsi, qarın boş-
luğu), dərialti toxumada, limfa damarlarında, ürəkdə, konyuktivada, nadir hallarda digər 
toxumalarda cinsi yetişkənliyə çatmış formaya çevrilirlər. Dəri təzahürləri aşağıdakı fil-
yariatozlar üçün xarakterikdir: vuxererioz, brugioz, onixoserkoz, loaoza.
Vuxererioz
Bu filyariatozda əsasən aşağı ətrafların və cinsi orqanların limfa sistemi zədələnir. Ən 
çox isti ölkələrdə rast gəlinir. Törədici (Wuchereria bancrofti) adətən gecə vaxtı periferik 
qana çıxır. İnkubasiya dövründən (bir neçə aydan 2 ilə qədər) qızdırma və çoxformalı 
eksudativ eritemada olan səpgini xatırladan urtikar elementlər, sonra isə regional dəri və 
dərialtı toxuma ödemləri, limfangitlər, limfadenitlər, orxit, epididimit, funnikulit əmələ 
gəlir. Dəri qalınlaşır, kobudlaşır, piokokklarla infeksiyalaşır, yaralar və çatlaqlar əmələ 


454
gəlir. Dərialtı toxumada və əzələlərdə olan parazitlərin ətrafında abseslər formalaşır. 
Gecikmiş mərhələlərdə aşağı ətrafların, cinsi orqanların (xaya hidropsu- limfoskrotum) 
elefantiazı, dərinin digər nahiyələrində ekzematizasiya, verrukoz törəmələr, xroniki pi-
odermiya, abseslər, dəri, sidik kisəsi, bağırsaqlar, xayalıq üçün xiluriya, limfuriya, he-
matoxiluriya əlamətləri ilə müşaiyət olunan limfa damarlarının partlaması xarakterikdir. 
Gedişi uzun, xronikdir.
Diaqnostika: 
xəstəliyin klinik şəklinin qiymətləndirilməsi epidemioloji məlumatlar 
nəzərə alınmaqla aparılır, periferik qanda, sidikdə və boşluq mayesində filyariyanın aş-
kar edilməsi. Qan yaxmaları qalın qan damlasının Romanovski-Himza və ya hematoksi-
lin üsulu ilə rənglənərək aparılır. Qanın götürülməsi periodik ştammın izolyasiyası üçün 
gecə, subperiodik ştamm üçün isə gündüz və gecə götürülür.
Müalicəsi: 
dietilkarbamazin (ditrazin, getrazin, notezin, banosid):1-ci gün 0.05 q 
daxilə yeməkdən sonra, 2-ci gün 0.05 q, 3-cü gün 0.1 q , 4-21ci günlər gündə 2mq/kq, 
müalicə kursu 21 gün.
Brugioz
Tezliyinə görə ikinci filyariatozdur; törədicisi (Brugia malayi) iri limfa damarlarında 
və daxili orqanlarda çökür. Onun mikrofilyariyaları qana adətən axşama yaxın keçir. 
Klinik şəkli vuxererioza yaxındır. Fillilik əlamətləri əsasən aşağı ətraflarda inkişaf edir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   339   340   341   342   343   344   345   346   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin