Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə345/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   341   342   343   344   345   346   347   348   ...   446
DERMATOLOGİYA-dərslik 1

DRANKULYOZ (RİŞTA)
Törədicisi. Dracunculus medinensis- dir. Bu girdə nematodanın dişisi çoxlu sürfələr 
ifraz edir. Bu sürfələri sikloplar (şirin suda yaşayan park xərçəncikləridir) udur. İnsan-
lar bu hövzələrdən götürülən suyu qaynatmamış içdikdə yoluxurlar. 7- 14 aydan sonra 
baldır və ayaq nahiyəsinin dərialtı toxumasında sürfələrin düşdüyü yerdə eritema, papu-
la, köpüşük əmələ gəlir, qızdırma, baş ağrısı, zəiflik, qaşınma və s. əlamətlər müşahidə 
olunur. Sonra dişinin baş nahiyəsinin lokalizasiya sahəsində ardıcıl olaraq iltihablaşmış 
düyün, bir neçə sutka ərzində isə əsasında möhkəm elastik qalınlaşma şəklində helmint 
olan qovuq əllənir. Bir neçə gündən sonra qovuq partlayır. Dibində helmintin başı olan 
quyuyabənzər ağrılı xora formalaşır. Bu stadiya üçün “süd fontanı” simptomu xarak-
terikdir. Xoranı isti su ilə yuduqda oradan süd rəngli çoxlu miqdarda sürfələr çıxmağa 
başlayır. Helmintin yerləşdiyi dərialtı kanal infeksiyalaşarsa, abses, fleqmona, ətrafların 
qanqrenası, septisemiya əmələ gələ bilər.
Diaqnoz klinik şəkil, anamnestik və epidemioloji məlumatlar, helmintoloji və zəruri 
laborator müayinələr əsasında qoyulur.
Müalicə: Dərinin dezinfeksiyası və xəstə ətraflara sakitlik, helmintin ehtiyatla (2-4 
gün ərzində) çıxarılması; xora üzərinə yarasağaldıcı vasitələr; metronidazol gündə 0.4 q 
10-20 gün; göstərişlə antibiotiklərlə müalicə.
Profilaktika:
yaşayış məntəqələrində sanitar- texniki tədbirlər, hidrotexniki obyekt-
lərə sanitar nəzarəti, əhalinin sanitar maarifləndirilməsi.
BUĞUMAYAQLILARIN TÖRƏTDİYİ DƏRİ XƏSTƏLİKLƏRİ
Xərçəngkimilər
(dəniz xərçəngləri Cymothoidea) insanın əl və ayağına yapışaraq 
onu ağrılı dişləyir. Onların yapışdığı yerdə nöqtəvarı qanaxma, daha sonra bir həftə 


456
müddətində reqressiya edən dermatitin klinikası inkişaf edir. Əqrəblərin dişləməsi nəti-
cəsində kəskin ağrı, dərinin şişkinlik və hiperemiyası, hemorragiya və nekroz da inkişaf 
edə bilər. Əqrəbin zəhərinin təsirindən kəskin toksiki reaksiya əmələ gəlir ki, bu da xü-
susən uşaqlarda kollaps, hətta ölümlə də nətcələnə bilər.
Hörümçəklər.
Qaraqurdun dişləməsindən dərhal sonra kəskin ağrı və yanğı hissi, 
eritema, şişkinlik, sonra isə papulo- vezikulyar elementlər və dərinin bərkiməsi baş verir. 
10- 30 dəq.- dən sonra ümumi toksiki reaksiya, qıcolmalar, yayılmış ləkəli- papulyoz və 
vezikulo- pustulyoz səpgi əmələ gəlir. 3-5 % hallarda ölümlə nəticələnir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   341   342   343   344   345   346   347   348   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin