465
Müalicəsi
ÜST-nın təlimatına əsasən frambeziyanın müalicəsində uzun müddətli (prolonqasiya
edici) təsirə malik penisillin preparatlarına – benzatinbenzilpensillin (BBP) üstünlük
verilir. Ambulator şəraitdə xəstələrə sağrının yuxarı xarici kvadratına əzələ içinə
2400000 vah. dozada 1 inyeksiya edilir ki, bu da 3 həftə müddətində preparatın
treponemosid səviyyəsinin saxlanmasını təmin edir. Xəstəyə BBP-nin 1 dəfə vurulması
treponema xəstəliklərinin həmin müddətdə sağalmasını və reinfeksiyaya qarşı müdafiəni
təmin edir.
Endemik treponematozlu xəstələrlə təmasda olanlar üçün BBP-nin təklif edilən
profilakrik dozaları:
•
10 yaşa qədər – 600 000 vah. benzatinbenzilpensillin;
•
10 yaşdan yuxarı olan xəstələr üçün – 1 200 000 ED benzatinbenzilpensillin.
Frambeziyanın endemik zonalarda yayılmasından asılı olaraq müvafiq müalicə
taktikası seçilir (Cədvəl 36.3).
Dostları ilə paylaş: