Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə361/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   357   358   359   360   361   362   363   364   ...   446
DERMATOLOGİYA-dərslik 1

Damcı allergik testləri
Dermatozlar (çox vaxt peşə xarakterli) zamanı allergenin aşkar olunması məqsədilə 
tətbiq edilir. Müayinə olunan maddənin sulu və ya spirtli məhlulu zəif qatılıqda saidin 
ön səthinə və ya qarınüstü sahənin sağlam dərisinə pipet vasitəsilə damızdırılır, üzərin-
dən dəyircəkli qələmin mürəkkəbi və ya pastası ilə sürtürlər. Kontrol qismində dərinin 
simmetrik sahələrinə həlledicinin bir damlası qoyulur və ona fikir verirlər ki, maye ta-
mamilə buxarlansın. Reaksiya 24, 48 və 72 saatdan sonra qiymətləndirilir. Müsbət re-
aksiyada onun intensivliyindən asılı olaraq məhlulun yeridildiyi yerdə eritema, papula, 
qovuqcuqlar, qovuq əmələ gəlir.
Kompress allergik testləri (toxuma, applikasion) 
Dördqat qatlanmış tənzif salfeti (1x1 sm ölçüdə) öyrənilən maddənin zəif məhlu-
lunda isladılır, bazuönü sahənin ön səthinə və ya qarınüstü sahəyə sərirlər. Salfeti 4x4 
sm ölçüdə tibbi müşəmbə ilə örtürlər, bint və ya leykoplastır vasitəsilə fiksə edirlər. 
Testoplastdan istifadə etmək daha rahatdır, o, kauçuk plastır vərəqindən ibarət olub
mərkəzində diametri 0,9 sm olan dairəvi pəncərə vardır, orada tənzif olur ki, onu da pipet 
və ya şüşə çubuq vaasitəsilə müayinə olunan maddə ilə isladırlar. Diaqnostik pəncərənin 


473
mərkəzi bir-birindən 4,5 sm aralı yerləşməlidir. Reaksiya 24, 48 və 72 saatdan sonra 
qeydə alınır. Dəri sınaqları üçün kimyəvi cəhətdən təmiz maddələrdən istifadə olunması 
tösiyə edilir. Qeyd etmək lazımdır ki, bəzi şəxslərdə plastırın özü allergik reaksiya və 
ya kontakt dermatiti törədə bilər. 
Test o zaman müsbət sayılır ki, güman olunan allergenin təsir etdiyi yerdə aşağıdakı 
dəyişikliklər əmələ gəlir: eritema (+); eritema, ödem, papula (++); kəskin nəzərə çarpan 
iltihab reaksiyası, onun fonunda papula və qovuqcuq meydana çıxır (+++); iri qovuqlar 
və toxumaların nekrozu (++++).

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   357   358   359   360   361   362   363   364   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin