480
nişlənmiş hissəsində qamçıları görmək olar.
Uşaqlıq yolunun trixomonadlarını nativ yaxmada aşkar etdikdə onları insan orqa-
nizmində məskunlaşan (bağırsaq, ağız boşluğu) trixomonadlarının
digər növlərindən
diferensiasiya etmək lazımdır. Ona görə də materialı nativ vəziyyətdə müayinə etməklə
yanaşı, həmişə rənglənmiş yaxmaların mikroskopiyasını aparmaq vacibdir. Yaxmaları
havada qurudur və fiksə edirlər. Fiksə üsulu rənglənmə metodundan asılıdır. Trixomona-
daların quruluşunu daha dəqiq öyrənmək üçün (nüvənin, dalğavari membranın və digər
orqanoidlərin aşkar edilməsi) yaxmanı Romanovski-Gimza üsulu ilə boyayırlar. Bu hal-
larda preparatı spirt-efir qarışığında (1:1) fiksə edirlər.
Çox vaxt yaxmaları 1%-li metil abısı məhlulu və ya Qram üzrə rəngləyirlər. Preparat
adətən alovun üzərində fiksə olunur. Metil abısı və ya Qram üzrə rəngləmə digər me-
todlara nisbətən üstünlüklərə malikdir. Bu, ondan ibarətdir ki, yaxmalarda eyni vaxtda
qonokokları və trixomonadları tədqiq etmək olar.
Qram üzrə rənglənmiş trixomonadlar qırmızı, metil abısı ilə boyadıqda
isə mavi
rəngdə görünür. Onlar müxtəlif ölçüdədirlər. Nüvə oval formada, ekssentrik yerləşmiş-
dir və protoplazmaya nisbətən daha tünd rəngə boyanır. Qamçılar müəyyən edimir. Çox
vaxt trixomonadın geniş hissəsində kiçik yarıq – sistomanı, sitoplazmada isə vakuolları,
mikroorqanizmləri, leykositləri, eritrositləri, spermatozoonları və s. görmək olur. Diaq-
nostikada qrammənfi dipolokokların (qonokokların) aşkar edilməsi mühümdür.
Metil
abısı ilə rənglənmiş preparatları öyrəndikdə trixomonadaları və epitel hcüeyrələrini di-
ferensiasiya etmək vacibdir - onların
ölçüləri böyükdür, nüvə mərkəzdə yerləşmişdir.
Dostları ilə paylaş: