Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


 Yaxma-izlərin götürülməsi və akantolitik (Tsank) hüceyrələrin aşkarlanma-



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə366/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   362   363   364   365   366   367   368   369   ...   446
DERMATOLOGİYA-dərslik 1

15. Yaxma-izlərin götürülməsi və akantolitik (Tsank) hüceyrələrin aşkarlanma-
sına görə onların Romanovski-Gimza üsulu ilə rənglənməsi
Bu metod pemfiqusun və herpesşəkilli Dürinq dermatitinin differensial diaqnos-
tikasında əvəzedilməzdir. Təzə qovuğun dibindən skalpel və ya qaynatmaqla sterilzə 
olunmuş şagird pozanının kəsiyi ilə yüngülcə basıb-çıxartmaqla (izlərin götürülməsi 
metodu) materialı götürür və steril yağsızlaşdırılmış əşya şüşəsinin üzərinə köçürürlər, 
1 dəqiqə ərzində metil spirti ilə fiksə edirlər, otaq temperaturunda qurudur və Romanov-
ski-Gimza üsulu ilə rəngləyirlər; 20-25 dəqiqə ərzində təzə hazırlanmış azur-eozin məh-
lulunu əlavə edirlər, sonra boyanı distillə olunmuş su ilə yuyur və yaxmaları otaq tempe-
raturunda qurudurlar. Preparatı hazırladıqdan və rənglədikdən sonra mikroskop altında 
10x40 böyüdülməsində müayinə edirlər. Akantolitik hüceyrələr normal epitel hüceyrələ-
rindən xırdadır, dairəvi formadadır, iri nüvələri vardır, intensiv-bənövşəyi rəngə və ya 
bənövşəyi-mavi rəngə boyanırlar, demək olar ki, bütün hüceyrəni tuturlar. Nüvədə daha 
parlaq rəngdə 2 və ya bir neçə iri nüvəcik görünür. Sitoplazma sanki periferiyaya sıxış-
dırılmışdır (konsentrasiya haşiyəsi), kəskin bazofildir, nüvəyə yaxın yerdə açıq-mavidir. 
Hüceyrələrin sayı müxtəlifdir: tək-tək saydan böyük miqdara qədər (yığıntılar şəklində).
16. Benye-Meşerski və «qadın ayaqqabısı dabanı» simptomu, qırmızı qur-
deşənəyi zamanı «kəpənək» simptomu
Qadın ayaqabısının qırılmış dabanı simptomu qırmızı qurdeşənəyinin diskvari vari-
antının diaqnostikasında istifadə olunur. Bu dermatoz üçün səciyyəvi olan hiperkeratoz 
tük follikulunun boynuna daxil olur, pulcuğun tərs tərəfində konusvari çıxıntılar əmələ 
gətirir ki, onlar adi gözlə yaxşı görünürlər. Zədələnmə ocaqlarını səylə qaşıdıqda xəstə 
bir qədər ağrı hiss edir, çünki yuxarıda göstərilən hiperkeratotik çıxıntılar (tikanlar) sinir 
uclarına təsir edərək onları qıcıqlandırırlar (Benye-Meşerski simptomu).
«Kəpənək» simptomu – burun çəpərində və yanaqlarda (adətən almacıq sümüyü 
nahiyəsində) görünüşcə kəpənəyi xatırladan eritemanın olmasıdır. Bu simptom qırmızı 
qurdeşənəyi zamanı rast gəlir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   362   363   364   365   366   367   368   369   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin