479
Toxuma mayesini təmiz, yağsızlaşdırılmış və üzərində natrium xloridin izotonik məh-
lulundan 1 damla
qoyulmuş əşya şüşəsinə köçürür, sonra nazik örtük şüşəsi ilə örtürlər.
Əgər toxuma mayesini göstərilən üsulla almaq mümkün deyildirsə, rezin əlcəklə əl
vasitəsilə sifilomanın kənarlarından səthində toxuma mayesi görünənə qədər basırlar.
Toxuma mayesinin və natrium xloridin izotonik məhlulunun miqdarı çox olmamalı-
dır, belə ki, böyük damlada treponema mayedə üzəcəklər, bu isə onların aşkarlamasını
çətinləşdirir.
Qaranlıq görmə sahəsində müayinə aparmaq üçün adi mikroskopa uyğunlaşdırılmış
xüsusi qurğudan istifadə edirlər. Bu qurğudan (kondensordan) keçdikdə işıq şüaları çəp
istiqamət alırlar və obyektivə düşməyərək müayinə olunan zərdab damlasının yerində iti
bucaq altında toplanırlar ki, bu da qaranlıq sahədə müayinənin aparılmasına kömək edir.
Bu metodika üçün diametri 1,5 sm olan bərk qara kağız dairəsindən (fotokağız konverti)
isitifadə etmək olar ki, onu vinti açılmış kondensorun aşağı linzasına elə yerləşdirirlər
ki, linzalarla kağızın kənarları arasında 1,5-2 mm enində sərbəst haşiyə (yarıq) qalsın.
Qaranlıq görmə sahəsində müayinə zamanı işıqlanma kifayət qədər parlaq olmalıdır
(100-150 Vt elektrik lampası).
Preparata №40 obyektivində və №10-15 okulyarında baxırlar. Bu zaman qaranlıq
sahədə çoxlu sayda hərəkət edən işıqlı nöqtələri (zülal və kolloid hissəcikləri), həmçinin
çətin diferensiasiya edilən hüceyrə elementlərini görmək olur ki, bu da çox vaxt müa-
yinənin məqsədinə daxil deyildir. Solğun treponema parlaq burğuyabənzər
saplar şək-
lində olub rəvan və ya saat kəfkiri şəklində üzürlər. Onu çox vaxt cinsiyyət orqanlarında
rast gələn crassus treponeması ilə səhv salırlar, lakin sonuncu solğun treponemadan
qalındır, daha geniş qıvrımları vardır və sürətlə hərəkət edir.
Qaranlıq sahə üsulu sadə və bəlkə də daha etibarlı üsul sayılır. Solğun treponemaya
in vivo baxırlar ki, bu da onu digər spiroxetlərdən diferensiasiya etməyə imkan verir.
Dostları ilə paylaş: