482
dəri-zöhrəvi dispanseri və ya uşaq poliknikası vasitəsilə birbaşa məlumat verirlər.
Xəstədə mikrosporiya, trixofotiya aşkar edildikdə №89/u forması üzrə bildiriş dol-
durulur; telefon vasitəsilə
ərazi MPM-a məlumat verilir ki,
bu zaman təhlükəli dəri
xəstəlikləri ilə xəstənin qeydiyyatı aparılır (onun iş yeri, təhsil aldığı müəssisə və s.
göstərilməklə), zoonoz mikrosporiya və trixofitiya aşkar edildikdə əlavə olaraq №89/u
formasının surəti ərazi üzrə baytarlıq müəssisələrinə göndərilir. Təmasların aşkar edilmə-
si və onların müayinəsi aparılır. Təcili bildiriş vərəqəsində xəstənin adı, soyadı, atasının
adı, yaşı, müraciət tarixi, ünvanı, ətraflı diaqnoz, iş yeri, xəstəliyin necə aşkar edilməsi
(müraciət etdikdə, profilaktik müayinələr zamanı, stasionarda baxış zamanı) göstərilir.