Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


DERMATOLOGIYA ÜZRƏ SİTUASİYA MƏSƏLƏLƏRİ



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə372/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   368   369   370   371   372   373   374   375   ...   446
DERMATOLOGİYA-dərslik 1

DERMATOLOGIYA ÜZRƏ SİTUASİYA MƏSƏLƏLƏRİ
Məsələ №1
Xəstə Y. dermatoloqa boyun, döş, bel dərisinin zədələnəməsi və zədələnmə ocaqlarında 
bir neçə sutka ərzində orta dərəcədə qaşınmadan şikayətlənmişdir. Xəstə özünü 4 ay 
ərzində xəstə sayır, göstərilən simptomlar ilk dəfə o vaxt meydana çıxıb. Müalicə üçün 
istifadə etdiyi «Sinalar» məlhəmi qısamüddətli müsbət effekt vermişdir. 5 ay əvvəl xəstə 
yeni xarici dezodorantdan istfadə etməyə başlamışdır. Ondan hər gün və indiyə qədər
istifadə edir. 
Dermatoloji status: boyun, döş, bel dərisində çəhrayı müxtəlif ölçülü, dairəvi formada 
ləkələr vardır; ocaqların səthində papula, qabıqlanma, qaşıma izləri və qanlı qartmaqlar 
görünür. 
1. Hansı xəstəlik haqqında fikirləşmək lazımdır və nə üçün?
2. Xəstəliyin ümumi müalicə planını təklif edin.
Məsələ №2
Səhər «Təcili yardım» stansiyasına vətəndaş V. tərəfindən çağırış daxil olmuşdur. Qadın 
öz bədənində qırmızı rəngli səpgi aşkar etmişdir ki, o, gicitkandan sonra yaranan səpgini 
xatırladır və güclü qaşınma ilə müşayiət olunurdu. Evə gəldikdə həkim xəstənin bədə-
nində qaşınma izləri və budun iç səthində, beldə, döşdə, dirsək və qasıq büküşlərində 
təzə qanlı qartmaqlar aşkar etmişdir. Xəstənin dərisində digər səpgi elemntləri aşkar 
etməmişdir. Sorğu zamanı aydın oldu ki, dərinin güclü qaşınması həmin nahiyələrdə 
xəstəni gecənin ikinci yarısında və səhərlər narahat edir. «Təcili yardım»ın evə gəlişin-
dən əvvəl səpgi və qaşınma yox olmuşdur. Axşam xəstə qidada portağal və quru çaxır 
istifadə etmişdir.
. Hansı xəstəlikdən şübhələnmək lazımdır?
2. Xəstəyə müayinə planını təyin edin.
Məsələ № 3
Xəstə P. dəri şöbəsinə qaşınma və əllərin, saidin dərisinin zədələnməsi şikayəti ilə daxil 
olmuşdur. Obyektiv olaraq: əllərin, bazu önünün dərisində ödem, hiperemiya, mikrove-
zikulyasiya, sulanma aşkar edilir. Zədələnmə ocaqlarının sərhədləri dəqiq deyildir.
«Həqiqi ekzema» diaqnozu qoyulub.
1.Həqiqi ekzemanın ümumi müalicə planını müəyyən edin.
2.Yuxarıda təsvir olunmuş klinik mənzərəyə görə həqiqi ekzemanın xarici müalicə tak-
tikasını müəyyən edin.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   368   369   370   371   372   373   374   375   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin