Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə373/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   369   370   371   372   373   374   375   376   ...   446
DERMATOLOGİYA-dərslik 1

Məsələ №4
Xəstə M. dəri şöbəsinə döş, əllərin, budların, üz dərisində qaşınma, göynəmə hissiyyatı
və bu sahələrdə dərinin qızarması şikayətləri ilə daxil olmuşdur. Qeyd olunan şikayətlər 
2 gün əvəl göstərilən nahiyələrin dərisinə andızın spirtli dəmləməsini sürtdükdən sonra 
meydana çıxmışdır. İki gün ərzində qaşınma və göynəmə güclənmiş, istilik hissiyyatı, 
dərinin qızarması, qovuqlar və qovuqcuqlar əmələ gəlmişdir. 
Dermatoloji status: döşün, əllərin, budun, üzün dərisi çox hiperemiyalıdır, şişkindir, 


484
toxunduqda istidir. Papulalar, qovuqlar, qovuqcuqlar, eroziyalar vardır.
1. Hansı diaqnozdan şübhələnmək olar?
2. Sizin fikirlərinizi təsdiq edən əlamətlərin adlarını çəkin.
Məsələ №5
Dəri şöbəsinə 16 yaşlı xəstə D, qəbul edilmişdir, qasıq nahiyəsinin dərisinin həssaslığı, 
ağrılı olması, belin, əllərin dərisində qaşınma hissiyyatları müşahidə olunur. 5 gün əv-
vəl qasıq nahiyəsinin dərisində qaşınma meydana çıxmışdır (onu hamama getməsi ilə 
əlaqələndirir). Qasıq dərisinə 3 gün ərzində kükürdlü-civə məlhəmi sürtmüşdür, bundan 
sonra 4-cü günü saidin dərisində, qasıq nahiyəsində, budun daxili səthində, cinsiyyət 
orqanlarında səpgilər və qaşınma meydana çıxmışdır. Daha 1 sutkadan sonra səpgi bazu 
çiyin nahiyəsinə də yayılmışdır. Anamnezdə – KRVİ, tonzillit, revmatoid poliartriti var-
dır. Dövri şəkildə kurs üzrə indometasin (ildə 2 dəfə) qəbul edir. Sonuncu dəfə 4 ay əvvəl 
indometasin qəbul etmişdir. Obyektiv olaraq: əsas patoloji proses qasıq nahiyəsində, qa-
sıq-bud büküşlərində və cinsiyyət orqanlarında yerləşir; şişkinlik, dərinin hiperemiyası, 
kəskin iltihabi papulalar müəyyən olunur. Kürək və yuxarı ətrafların dərisində də həm-
çinin eritema və kəskin iltihabi papulyoz iltihabi elementlər aşkar edilir. Birincili ele-
mentlərdən – iltihabi ləkələr və kəskin iltihabi papulalar vardır, birləşməyə meyllidirlər.
1. Anamnezi (kükürd-civə məlhəminin qasıq dərisinə sürtülməsi, klinikanı – kəskin il-
tihabi eritema və kəskin iltihabi papulalar), zədələnmənin lokalizasiyasını nəzərə alaraq 
diaqnoz haqqında fikirlərinizi söyləyin.
2. Xəstənin müalicə planını təklif edin.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   369   370   371   372   373   374   375   376   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin