485
dırlar, parlayırlar. Subyektiv olaraq xəstəni dövri qaşınma narahat edir. Daxili orqanların
patologiyası aşkar edilməmişdir.
1. Güman edilən diaqnoz?
2. Xəstəni müayinə etmək üçün sizin taktikanız.
3. Ümumi və yerli müalicə ilə əlaqədar sizin təklifləriniz.
Məsələ №9
Qəbulda 17 yaşlı gənc şəxs sifətində, belində və sinəsində səpgilərin olması şi-
kayətləri ilə müraciət etmişdir, onları ilk dəfə 2 il əvvəl aşkar etmişdir. Müalicə olunma-
mışdır, dediyinə görə atasında da gənc yaşlarında oxşar səpgilər olmuş və özbaşına keçib
getmişdir. Ailə anmnezindən məlumdur ki, atası hazırkı dövrdə şəkərli diabetdən əziy-
yət çəkir. Baxış zamanı: dərinin, döşün yuxarı hissəsi və kürək nahiyəsi həddən artıq
yağlıdır, piy vəzilərinin axacaqlarının ağzı açıqdır, bəziləri komedonlarla tutulmuşdur.
Çoxlu sayda follikulyar papula və pustulalar vardır, həmçinin parlaq çəhrayı, ağrılı, iri
noxud dənəsi böyüklüyündə, zirvəsində pustula olan infiltrasiyalı düyünlər, qanlı-irinli
qartmaqlar, dairəvi çapıqlar, hiperpiqmentasiyalı ləkələr görünür.
1. Sizin güman etdiyiniz diaqnoz?
2. Müalicə taktikası.
3. Xəstənin ambulator müayinəsinin taktikası.
Dostları ilə paylaş: