Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə375/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   371   372   373   374   375   376   377   378   ...   446
DERMATOLOGİYA-dərslik 1

Məsələ №10
Qəbulda 53 yaşlı qadın üz nahiyəsində səpgilərin yaranması şikayəti ilə müraciət et-
mişdir. O, ilk dəfə tək-tək səpgiləri 3 il əvvəl aşkar etmişdir. Müalicə olunmamışdır,
elementlər özbaşına reqres etmişlər. Lakin axır 3-4 ay onların sayı (xüsusilə də ultrabə-
növşəyi şüalanmadan sonra) xeyli artmışdır. Son ildə onun sifətində periodik qızartılar, 
menstrual siklin qeyri-müntəzəm olması narahat edir. 1 ildir ki, mədənin xora xəstəli-
yindən əziyyət çəkir. Baxış zamanı: sifətin dərisi (əsasən yanaqlar, burun və çənəaltının) 
durğun göyümtül rəngdədir, çoxlu sayda teleanqiektaziyalar, xırda çəhrayımtıl-qırmızı 
papulalar, tək-tək irinciklər vardır. Səpgilər qaşınma hissi ilə müşayiət olunur.
1. Sizin güman etdiyiniz diaqnoz?
2. Xəstəliyin inkişaf etməsinə, son illər onun gedişinin ağırlaşmasına səbəb olan amil-
ləri göstərin.
3. Xəstəliyin müalicə və profilaktika planını təyin edin.
Məsələ №11
Xəstə dematoloqa ovuc dərisinin qalınlaşması, ağrılı çatların yaranması şikayət-
ləri ilə müraciət etmişdir. Bəzən cüzi qaşınma nəzərə çarpır. O, 2 ildir ki, xəstədir. Baxış 
zamanı: ovucların kəskin hiperkeratozu, dərin çatlar görünür.
1. Differensial diaqnoz?
2. Müayinə metodlarını göstərin.
Məsələ №12
Dermatoloqa gənc qadın bədən dərisinin zədələnməsi şikayəti ilə müraciət et-
mişdir. 1 aydır ki, xəstədir. Dermatoloji status: gövdənin yuxarı hissəsinin, boynun dəri-


486
sində dairəvi formalı, dəqiq sərhədləri olan, qəhvəyi rəngli ləkələr görünür. 
1. Differensial diaqnoz?
2. Müayinə metodlarını göstərin.
Məsələ №13
Stasionarda dishidrotik ekzema ilə əlaqədar müalicədə olan xəstəyə qohumu 
yarı hisə verilmiş kolbasa, xiyar, alma, şokoladlı konfet gətirmişdir.
1. Xəstəyə və görüşə gələnlərə pəhrizin gözlənilməsi ilə əlaqədar hansı tövsiyələri ver-
mək olar?

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   371   372   373   374   375   376   377   378   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin