Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


 Vərəm qurdeşənəyi zamanı «alma jelesi» və «düyməcikli zond» simptomu



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə367/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   363   364   365   366   367   368   369   370   ...   446
DERMATOLOGİYA-dərslik 1

17. Vərəm qurdeşənəyi zamanı «alma jelesi» və «düyməcikli zond» simptomu
Zondun (düyməcikli zondun) batması simptomu
Vərəm qurdeşənəyi zamanı qabarcıqlar onlarda elastik və kollagen liflərin dağılması 
nəticəsində xəmirəbənzər, yumşaq konsistensiyalı olur. Bu xüsusiyyətini nəzərə alaraq 
A.İ.Pospelov (1886) zondun batması simptomunu təklif etmişdir: düyməcikli zond va-


478
sitəsilə qabarcığa yüngülcə basdıqda qabarğıcın səthində çöküklər əmələ gələrək çox 
ləng itir. Bu hadisəni barmaqla mayalı xəmirə basdıqda müşahidə edilən mənzərə ilə 
müqayisə etmək olar.
Əgər qabarcığa zond vasitəsilə bir qədər güclü təsir edilsə, o, sanki lyupomanın də-
rinliyinə batıraraq azacıq qanaxma baş verir və cüzi ağrı hissi ilə olunur. Bu simptom 
təzə lyupoma zamanı daha aydın nəzərə çarpır.
«Alma jelesi» simptomu
Vərəm qurdeşənəyi zamanı diaqnostik üsuldur. Lyupomaya şpatel və ya əşya şüşəsi 
vasitəsilə güclü basdıqda qabarğıcın genişlənmiş damarlarından qan çıxır və alma je-
lesinin rəngini xatırladan qonuru-sarı rəng meydana çıxır. Bəzən bu halda qabarcığın 
yarışəffaf olmasını görmək mümkündür.
Bu simptom dəri leyşmaniozunun tuberkuloid formasında da müsbət ola bilər, lakin 
nisbətən az nəzərə çarpır.
18. Psoriaz fenomenlərinin (stearin ləkəsi, psoriatik pərdə, qanlı şeh və ya nöqtə-
vari qansızma) təyin olunması
Psoriaz zamanı diaqnostik triada
Psoriazın proqres edən və stasionar (az hallarda) mərhələsində demək olar ki, daim 
rast gələn simptomdur. Psoriaz elementlərini (papula, lövhəciklər) qaşıdıqda qabıqlanma 
artır və pulcuqlar ağ rəngə çalaraq sürtülmüş stearin damlasını xatırladır («stearin ləkə-
si» fenomeni). Epidermisi dənəli qata qədər qaşımağa davam etdikdə pulcuqlar qoparaq 
ovulur və çəhrayı nəm plyonka görünür («terminal» və ya «psoriatik» pərdə fenomeni). 
Qaşımanı davam etdirdikdə (dermanın məməcikli qatına qədər) plyonkanın üzərində 
xırda qan damlaları əmələ gəlir. Onların sayı məməciyə daxil olan qaşıyarkən zədələnən 
kapilyarların sayından asılıdır – «nöqtəvari qansızma» və ya «qanlı şeh» fenomeni.
Qaşımanı ya əşya şüşəsi, ya da skalpelin küt tərəfi ilə həyata keçirirlər. Dırnaqla 
qaşıdıqdan sonra yoluxmadan (psoriazabənzər papulyoz sifilid) qorunmaq üçün əllərin 
dərisini səylə dezinfeksiya etmək lazımdır.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   363   364   365   366   367   368   369   370   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin